Futbolçu məşq zamanı öldü - Azərbaycanda dəhşətli hadisə

img

15-08-2016 [23:32]


Rio Olimpiadasında ilk döyüşünü keçirən boks yığmamızın üzvü Elvin Məmişzadə (52 kq) ilk sınağından qələbə ilə ayrılıb.

Qarşılaşma başa çatdıqdan sonra idmançımız Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlama verib. O, ilk görüşün ağır keçdiyini bildirib:

"İlk döyüşümü çox gözlədim. Bir az ağır keçdi. Birinci və ikinci raundda yaxşı çıxış eləsəm də, üçüncüdə yoruldum. Bunun da səbəbi bayaq dediyim kimi çox gözləməyimdi. İnşallah ikinci döyüşüm daha yaxşı olacaq”.

Elvin Məmişzadə yarışmadakı əsas hədəfinin qızıl medal olduğunu qeyd edib:

"Hər kəs maksimum nəticəni arzulayır. Gələn döyüşdəki rəqibim özbək boksçu olacaq. Ona uyğun hazırlaşacağıq”.

Boksçu Olimpiya Oyunlarının digər oyunlardan daha məsuliyyətli olduğunu əlavə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA