UEFA azərbaycanlı hakimə təyinat verdi

img

15-08-2016 [10:38]


UEFA futzal üzrə azərbaycanlı FİFA referisi Yusif Nurullayevə yeni təyinat verib.

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Y.Nurullayev UEFA kubokunun ilkin təsnifat mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək. Qrupda Almaniyanın "Hamburg Panthers", Uelsin "Kardiff Universiteti", Norveçin "Sandefjord Fotball" və Moldovanın "Klassik Kişinau" komandaları mübarizə aparacaq.

Qeyd edək ki, oyunlar 18-21 avqustda Moldovada keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA