“Ona uyğun texnika üzərində işlədik“ - Azərbaycana ilk medalı qazandıran Rüstəm Orucov

img

09-08-2016 [11:19]


"Azərbaycana ilk medalı qazandırdığım üçün çox xoşbəxtəm. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm".

Bu sözləri XXXI Yay Olimpiya Oyunlarının cüdo yarışlarında Azərbaycana ilk medalı qazandıran Rüstəm Orucov müsahibəsində deyib.

"Azərbaycanın üçrəngli bayrağının Braziliyada dalğalanması həqiqətən qürurverici idi”, – deyə, idmançımız qeyd edib.

Yarışa ciddi hazırlaşdığını bildirən R.Orucov finaldakı rəqibinin güclü olduğunu deyib:"Olimpiadaya hazırlaşarkən yaponiyalı idmançının finala çıxacağını güman edirdim. Ona uyğun texnika üzərində işlədik. O da öz üzərində hazırlaşdığı üçün görüşdə üstünlüyə sahib oldu”.

Azertac


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA