Atası məşhur idmançını övladlıqdan çıxardı - FETÖ-nü dəstəklədiyi üçün

img

08-08-2016 [23:29]


Fetullahçı Terror Təşkilatına (FETÖ) yaxın olması ilə tanınan və Amerika basketbol liqası NBA-da karyerasını davam etdirən Enes Kanterini ailəsi övladlıqdan rədd edib.

Tanınmış basketbolçunun atası Mehmet Kanter Yazdığı məktub ilə prezident Rəcəb Tayyib Ərdoğan və Türk xalqından üzr istəyib. Həmçinin ata Kanter açıqlamasında oğlunu "mənəvi olaraq" övladlıqdan rədd etdiyini təsdiqləyib.

Mehmet Kanter 30 ilə yaxındır bu vətənə xidmət etdiyini söyləyib və övladının davranışlardan narahat olduğunu ifadə edib. O oğlunun ABŞ-a getdiyi vaxtdan "beyninin yuyularaq” FETÖ-yə çəkildiyini söyləyib:
"Belə olacağını bilsəydim oğlumu ABŞ-a heç göndərməzdim.
Oğluma səni övladlıqdan rədd edərəm dediyimdə mənə üz çevirdi . Bu vəziyyət məni narahat edir. Uzun müddətdir ki, Enesle əlaqəmiz yoxdur. Bütün Kanter ailəsi Enesin övladlıqdan rədd edilməsi mövzusunda eyni fikirdədir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA