“Etsy”dan Azərbaycana qarşı – Təxribat (FOTO)

img

28-07-2016 [15:44]


Azərbaycana qarşı internet məkanında növbəti təxribat edilib.

Xəbərə görə, "Etsy” adlı internet-mağazada Azərbaycanın xəritəsi əks olunan məhsullarda Naxçıvan Muxtar Respublikası təsvir edilməyib. "Roberta Wonders" və "Teeburo"n şirkətlərinə məxsus köynəklərdə, eləcə də kulonlarda Azərbaycan xəritəsi Naxçıvansız əks olunub.

Ermənistan xəritəsinin təsvir olunduğu mobil telefon üçün örtüklərdə isə işğal olunmuş Dağlıq Qarabağ ərazisi müstəqil dövlət kimi göstərilib.

Bu, ölkəmizin ərazi bütövlüyünə qarşı edilən yeganə təxribat deyil. Belə ki, dünyaca məşhur onlayn alış-veriş saytı "Ebay”da Azərbaycanın brendi "Azəri-Çıraq-Günəşli" yatağından çıxan xam neft nümunəsi qabının üzərindəki xəritədə işğal olunmuş ərazilərimiz təsvir olunmayıb.

Vesti.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA