“Xomeyni Parisdən necə döndüsə, Fətullah Gülən də elə dönəcəkdi” – Çevrilişlə bağlı nazirdən şok açıqlamalar

img

28-07-2016 [13:38]


Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ 15 iyul çevriliş gecəsi və bundan sonra atılan addımlarla bağlı "Haberturk"ə danışıb.

Mia.az xəbər verir ki, o, ordudakı islahatlarla bağlı qərar qəbul edildikdən dərhal sonra icra ediləcəyini açıqlamaqla yanaşı, çevriliş gecəsi baş verən hadisələrin hələ də tam aydınlaşdırılmadığını bildirib: "İndi biriləri durub deyir ki, mən o hadisədə yox idim. Bütün bunlar, eyni zamanda, həmin gecə hərbi bazalarda baş verənlərin hamısı dərindən araşdırılacaq".

Bəkir Bozdağ çevriliş ssenarisinin başında duran Fətullah Gülənlə bağlı da maraqlı fakt açıqlayıb. Deyib ki, əgər çevriliş uğurla başa çatsaydı, Fətullah Gülən Türkiyəyə gələcəkdi:

"40 ildir o, bu çevrilişə hazırlanırdı. O, dövlərin ən ciddi nöqtələrinə sızan, sızdırılan və bunların hamısını hazırlayan bir beyin mərkəzidir. Onların hədəfi tamam başqa idi. Xomeyni Parisdən necə döndüsə, Fətullah Gülən də Türkiyəyə elə dönəcəkdi. Mənə görə ondan sonra bunlar rejimi də dəyişəcəkdilər. Necə  Atatürklə bərabər yeni bir Türkiyə varsa, Gülənin gəlişi ilə də yeni bir Türkiyə ortaya çıxacaqdı. Türkiyədə hər şey dəyişəcəkdi və bu yeni rejimdə biət etməyən kimsənin yaşama haqqı olmayan bir sistemə doğru gediləcəkdi…". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA