“Prezidentin helikopterini gördüm, ancaq heç kimə demədim” – Həbs edilən pilot

img

26-07-2016 [20:04]


Türkiyədə baş verən hərbi çevrilişə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücum edən pilotlardan biri – polkovnik-leytenant Davud Uçum ifadə verib.

O, prezidentin olduğu helikopteri gördüyünü, lakin bunu gizlətdiyini bildirib:

"Mərmərədəki otelə yaxınlaşanda digər helikopterlər aşağıdan, biz isə yüksəkdən uçurduq. Orada prezidentin helikopterini gördüm, ancaq heç kimə demədim. Bunu məndən başqa heç kim görmədi”.

Davud Uçum Fətullah Gülənin adamlarının onunla əlaqə yaratmağa çalışdıqlarını da qeyd edib:

"Məktəbdə oxuyarkən Gülən camaatının üzvləri məni elm öyrətmək bəhanəsi ilə evlərinə aparırdılar. Ancaq sonralar onlar mənimlə dəfələrlə əlaqə yaratmağa çalışsalar da, buna imkan vermədim. Hətta Hərbi Hava Məktəbində oxuyanda da mənimlə görüşmək istədilər, razılaşmadım. Bizi aldatdılar, əməliyyatın məğzindən xəbərimiz yox idi”.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA