Prezidentlə müxaliflərin 2 saat 40 dəqiqə çəkən görüşündən ilk – Açıqlama

img

25-07-2016 [19:55]


Bu gün Prezident Ərdoğanla müxalif liderlərin görüşündən sonra mediaya ilk açıqlama verilib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüşlə bağlı prezidentin sözçüsü İbrahim Kalın açıqlama verib.

O, açıqlamasında "Bənzər bir hadisənin yaşanmaması üçün önləmlər müzakirə olunub. Bundan başqa, fövqəladə vəziyytətin tədbirli həyata keçiriləcəyi danışılıb. 15 iyul sonrası müxalif liderlər məlumatlandırılmaqla yanaşı, həm də siyasi dialoq üçün fikir birliyinə gəlindi", – deyə, bildirib.

Xatırladaq ki, Ərdoğan bu gün MHP başqanı Dövlət Bahçeli ilə CHP lideri Kemal Kılıçdaroğlunu qəbul edib. Görüş 2 saat 40 dəqiqə çəkib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA