“Paşa” ləqəbli “Çiğli İmam”ı meşədə tutdular – FOTOLAR

img

25-07-2016 [19:53]


Marmarisdə prezident Ərdoğanın qaldığı otelə basqın edən, ancaq uğursuzluqla üzləşdikdən sonra meşədə qaçıb gizlənən FETÖ-nun sui-qəsd dəstəsindəki 17 əsgərdən 7-si bu dəqiqələrdə yaxalanıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, yaxalanan hərbçilərin arasında "Çiğli Ana Jet Üssü"nün imamı sayılan və "Paşa" ləqəbi ilə tanınan Zekeriya Kuzu da var.

Xatırladaq ki, Ərdoğanın qaldığı otelə basqın edərək, onu öldürməyi planlayan dəstəyə "Paşa"nın rəhbərlik etdiyi həbs edilənlərin ifadəsi ilə təsdiqlənib.

Maraqlı məqam odur ki, Hava Qoşunlarında rütbəcə "Astsubay" olan  Zekeriya Kuzu özündən rütbəcə yüksək olan zabitlərə əmr vermək səlahiyyətində olub. "Çiğli İmam"ının hətta generalları yönləndirdiyi də ilkin araşdırmalarla təsdiq edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA