Putin Olimpiadanın açılış mərasimində iştirak etməkdən imtina etdi - Kremldən açıqlama

img

25-07-2016 [16:46]


Rusiya prezidenti Vladimir Putin Rio-de-Janeyroda Olimpiadanın açılış mərasimində iştirak etməyi planlaşdırmır.

Publika.az  "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, iyulun 21-də İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Olimpiya Komitəsinin (ROK) və Beynəlxalq Yüngül Atletika Federasiyasının (IAAF) iddiasını rədd edib. Bununla da 68 rusiyalı idmançının Rio-de-Janeyroda keçiriləcək Olimpiadada iştirak etməyəcəyi dəqiqləşib.

Ötən ilin noyabrında IAAF Ümumrusiya Yüngül Atletika Federasiyasını dopinq-qalmaqalına görə diskvalifikasiya etdiyi üçün rusiyalı idmançılar bütün beynəlxalq yarışlardan kənarlaşdırılmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA