23-07-2016 [22:53]
Moskvada "Şeş-Beş” restoranlar şəbəkəsinin sahibi, azərbaycanlı biznesmen Qeys Məmmədovun sürücüsünün qətli işi üzrə sensasion detallar üzə çıxıb.
Məmmədovun sürücüsünü öldürüb yataq kisəsinə qoyan və Moskva çayına tullayanlar Rusiya paytaxtındakı osetin icmasının lideri, habelə onun Moskva Beynəlxalq Münasibətlər İnstitutunda oxuyan oğullarıdır. Üstəlik məlum olub ki, icma lideri sürücünü şəxsən güllələyib.
Bu səs-küylü cinayət hadisəsi bir neçə gün əvvəl baş verib. İyulun 9-da Moskva çayında yataq dəstinə bükülmüş cəsəd aşkarlanıb. Hüquq-mühafizə orqanları daha sonra müəyyən ediblər ki, öldürülən şəxs "Şeş-Beş” restoranlar şəbəkəsinin sahibinin sürücüsüdür.
İstintaq tədbirləri nəticəsində müəyyən olunub ki, bu qətli törədənlər Moskvadakı osetin icmasının lideri Valeri Kabolov və onun 24 yaşlı oğlu İnaldır. Əvvvəlcə belə versiya irəli sürülüb ki, onlar Qeys Məmmədovun sürücüsünün qətli üçün killer tutublar. Daha sonr KİV-lər yazıblar ki, sürücünü Kabolovun 20 yaşlı digər oğlu Vladimir güllələyib. Qətlin səbəbi biznesin və Moskvada daşınmaz əmlakın bölüşdürülməsi uğrunda osetinlər və azərbaycanlılar arasında gedən münaqişədir.
Lakin bu gün life.ru hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verib ki, restoranlar kralı Məmmədovun sürücüsünü şəxsən Valeri Kabolov güllələyib. Kabolov qətli törətdikdən sonra oğlanlarına əmr edib ki, cəsədi aparıb atsınlar.
Anzor A. Adlı sürücü Məmmədovun yaxın dostu olub və onun biznesinin idarə edilməsində mühüm rola malik idi. Bildirilir ki, Kabolov onu Kutuzovsk prospektindəki mənzilə söhbət adı altında çağırıb və orada qətlə yetirib. Bundan sonra Kabolov MQİMO-da oxuyan oğlanlarına əmr edib ki, cəsədi atsınlar. Cəsədin ayağına qantel bağlayıblar və çaya atıblar. Bu səs-küylü qətl üzrə istintaq davam edir.
"Şeş-Beş” restoranlar şəbəkəsinin sahibi Məmmədov Qeys Xalid oğlu Gürcüstan əsillidir, Rusiyada tanınmış iri biznesmendir. Onun Rusiyanın bir çox şəhələrində eyni adda restoranları var.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi