21-07-2016 [10:59]
Rəsmi "Azərbaycan” qəzeti "Space” televiziya kanalında hava proqnozunu qaradərili qadının təqdim etməsi barədə məqalə dərc edib.
Mia.az "Report”a istinadən "Afrikadan gəlmiş "Azərbaycan gözəli”” adlı məqaləni təqdim edir:
Bir gün sağsağanın zövqünü yoxlamaq üçün ona dünyada ən gözəl bildiyi quş balasını tapıb gətirməyi tapşırırlar. Rəvayətə görə sağsağan bütün dünyanı ələk-vələk edərək əldən-dildən düşür. Amma istədiyini tapa bilmir! Axşam tərəfi kor-peşman yuvasına qayıdanda "evrika” deyib sevinir! Sən demə, dünyada onun balasından gözəli yox imiş!
Elə balasını da aparıb nümunə kimi göstərir!
Bu əhvalatda böyük bir həqiqət var: hərə özününkünü gözəl sayır!
Bəs biz?!
Televiziya yalnız informasiya vermir, maarifləndirmir, əyləndirmir! O həm də nümunə göstərir, tərbiyələndirir, yüksək zövq aşılayır (yaxud aşılamalıdır).
Hər bir televiziya ekranı həm də məxsus olduğu millətin aynasıdır. Orada təkcə milli-mənəvi dəyərlər təbliğ olunmur, eyni zamanda, zahiri əlamətlər də yer alır. Məsələn, Azərbaycan məkanındakı telekanalların ekranına baxmaqla Azərbaycan qadınının gözəlliyini duymaq, yaxud Azərbaycan kişisinin xarakterik cizgilərini asanlıqla sezmək olur.
Adətən, ictimai-siyasi, yaxud elmi-mədəni proqramlar (şou proqramlarında hər şey keçir) üçün gözəllik etalonumuza yaxın qadın aparıcılar tapmaq çətinlik törədir. Hava haqqında məlumatı səsləndirməkdən ötrü isə (gün çıxacaq, yaxud külək əsib yağış yağacaq demək üçün) elə bir xüsusi bilik və ciddi hazırlıq tələb olunmur. Odur ki, hava proqnozlarını səsləndirməyi gözəlliyi daha qabarıq olanlara etibar edirlər. "Space” telekanalı (adı da "importnı”dı ey!) bu niyyətlə maraqlı "yeniliyə” imza atıb. Qaradərili "afrikalı”ya (bizim onun dərisinin rənginə heç bir etirazımız yoxdur, demokratik düşüncəliyik) Azərbaycanda havanın necə olacağını və nə sayaq dəyişəcəyini deməyi etibar edib!
Gözəl tapıntıdır, deyilmi?!
"Afrikalı gözəl” azərbaycanca danışır!
Adam son dərəcə xoşbəxtlik duyğuları yaşayır...
Adını və soyadını heç cürə yadımızda saxlaya bilmədiyimizə görə, üzr istəyirik, yazıb sizə də çatdıra bilmirik...

"Space”nin rəhbərliyi "keyf bizimdir, kimi istəsək, aparıcı seçə bilərik” - deyə bilərlər. Doğrudur, lakin başqa bir həqiqət də var. "Space” məhdud dairədə yayılan qapalı kanal deyil. Ekran isə həmişə ictimai mahiyyət daşıyır! Seçimdə bu məqam nəzərə alınmalıdır!
İndi tamaşaçını nəyləsə təəccübləndirmək də çox çətindir. Yaponlar elə robotlar düzəldib nümayiş etdirirlər ki, adamın ağzı açıq qalır!
Yenə də olsun!
Əgər "Space”çilər bununla həm də tamaşaçıları təəccübləndirmək istəyirdilərsə, rahat nəfəs ala bilərlər. Bu onlara müyəssər oldu!
Bizi də əməlli-başlı təəccübləndirdilər:
* zövqsüzlükləri ilə;
* Azərbaycan qadınının gözəlliyinə biganəlikləri və dönüklükləri ilə;
* ən nəhayət, Azərbaycan dilinə hörmətsizlikləri ilə!
O yazıq "Afrika gözəli”nin dili də söz tutmur axı!
Mübarəkdir!
Çox uğurlu yaradıcılıq "tapıntısına” görə təbrik edirik!
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub