20-07-2016 [17:29]
Bu gün Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib.
Şuradan Mia.az-a verilən məlumata görə, iclasda Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı Azərbaycan mediasının fəaliyyət dəst-xəttindən məmnunluq ifadə olunub.
İclasda bildirilib ki, Türkiyədə baş verən prosesləri işıqlandırmaq, Azərbaycan auditoriyasına çatdırmaq, müxtəlif hadisələrə dair rəy və şərhlər hazırlamaq ölkə mediasının başlıca fəaliyyət istiqamətlərindəndir. Qeyd olunub ki, belə dəst-xətt Azərbaycan və Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərindən qaynaqlanmaqla mənəvi məsuliyyət yükü yaratdığı kimi, iki ölkənin strateji əməkdaşlıq xəttinə söykənərək mühüm siyasi və iqtisadi əhəmiyyət də daşımaqdadır: "Azərbaycan mediası 15-16 iyul tarixlərində Türkiyədə həyata keçirilməsinə cəhd edilən hərbi çevriliş aktına da bu baxımdan yanaşdı, qardaş ölkə xalqının mövqeyini dəstəkləyərək demokratik dəyərlərə sadiqliyini nümayiş etdirdi, hakimiyyətə qarşı terroru qəti şəkildə pislədi”.
İclasda medianın Türkiyə ictimaiyyəti ilə həmrəyliyi fonunda Azərbaycanda nəşr olunan «Zaman Azərbaycan» qəzetinin fərqli mövqe tutmasından, Türkiyədə dövlət çevrilişinin hazırlanmasında adı hallanan Fətullah Güləni təbliğ etməsindən, bu xüsusda onun Türkiyə iqtidarına qarşı fikirlərini tirajlamasından narahatlıq bildirilib.
Qeyd olunub ki, təsisçilər Anar Qaraxançallının, Ürfan Məmmədlinin, Pənah Abdurahmanlının «Zaman Azərbaycan»ın və onun elektron versiyası olan «zaman.az» saytının fəaliyyətinin dayandırıldığına dair müxtəlif kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayılmış birgə bəyanatı da məsələyə reaksiya verilmədən keçilməsi üçün əsas yaratmır:
"Çünki qəzetdə və «zaman.az» saytında Türkiyədə dövlət çevrilişinə cəhddən sonra yayımlanmış materiallar Azərbaycan ictimai rəyini yanlış məlumatlandırmağa xidmət edib. Buna görə də Mətbuat Şurası «Zaman Azərbaycan» qəzetinə xəbərdarlıq edib. Qurum nəşrin təsisçilərinin diqqətinə çatdırıb ki, gələcəkdə media fəaliyyəti ilə məşğul olarkən mütləq qaydada Şuranın xəbərdarlığından nəticə çıxarsınlar, yol verdikləri nöqsanları bir daha təkrarlamasınlar".
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub