Xalq tankların üstünə yeridi, ordu geri çəkilir - Milyonlar meydana çıxdı (VİDEOLAR)

img

16-07-2016 [02:32]


Türkiyədə ordu ilə iqtidarı müdafiə edən polis və digər güvənlik güclərinin qarşıdurması şiddətlənib.

Mia.az xəbər verir ki, ordu Boğaziçi körpüsü istiqamətinə polislə atışmaya girib. 3 nəfərin ağır yaralandığı bildirilir. Ərazidə ağır silahların səsləri eşidilir.

Bu arada "Atatürk" Hava limanı istiqamətinə əlavə 7 tank çıxarılsa da, onların 6-sı geri dönüb, 1-i isə hava limanına toplaşan xalq tərəfindən zərərsizləşdirib. 

Bu arada müxalif lideri Kılıcdaroğlu açıqlama verərək, xalqın belə çevrilişlərdən doyduğunu bəyan edərək, qiyama qalxan ordunu geri çəkilmələri üçün səslənib.  

Bu arada o da açıqlanıb ki, qiyama qalxanlar 1-ci ordu birləşməsinin kiçik bir qrupudur. 

Bütün türkiyə boyu isə xalq meydanlara çıxıblar…





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA