Avropa Liqasında həyəcan: “Kəpəz” uduzdu, “Neftçi” bərabərə qaldı

img

14-07-2016 [23:21]


Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Kəpəz" Avstriyada "Admira" klubununa qonağı olub.

Mia.az xəbər verir ki, "Kəpəz" 0:1 hesabı ilə uduzub. Bu komandalar arasında cavab oyunu iyulun 20-də Bakıda keçiriləcək.

Bu gün Avropa Liqasında II təsnifat mərhələsində digər komandamız – "Neftçi" isə Makedoniyanın "Şkendiya" komandasını Bakıda qəbul edib. Oyun bərabərə bitib – 0:0.

Komandamız növbəti mərhələyə yüksəlmək üçün iyulun 21-də səfərdə mütləq qələbə ya da qollu heç-heçə etməlidir.

Avropa Liqasında bu gün növbəti komandamız "Qəbələ" Macarıstanda MTK klubunun qonağı olacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA