Bakıda güclü yanğın – polis yolu bağladı (FOTOLAR)

img

09-07-2016 [16:20]


Bu gün Bakının Suraxanı və Xətai rayonlarının sərhədində, Köhnə Günəşlinin aşağı hissəsində yanğın baş verib. 

Mia.az Lent.az-a istinadən xəbər verir ki, İnqilab İsmayılov küçəsi yaxınlığında, "Dərə” adlanan ərazidə toplanmış məişət tullantılarının və qurumuş otun yanması nəticəsində ətrafı qatı tüstü bürüyüb. Əraziyə cəlb edilmiş yanğınsöndürmə briqadaları yanğının miqyasının genişlənməsinin qarşısını alıb və ərazidə müvafiq tədbirlər görülüb.

Yanğın zamanı ərazidə qatı tüstü yayıldığından polis əməkdaşları yaxınlıqdan keçən avtomobil yollarını müvəqqəti bağlayıblar.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA