Türkiyənin tanınmış media orqanlarından kobud səhv - "Kəpəz"i düşmən komandası kimi təqdim etdilər

img

08-07-2016 [12:22]


Türkiyə mətbuatı kobud səhvə yol verib. 

Qonşu ölkənin bəzi idman portalları "Kəpəz”i Ermənistan klubu kimi təqdim edib.

Onlar arasında "Hürriyet" və "Lig TV” kimi tanınmış saytlar da var. Avropa Liqasında dünən baş tutan I təsnifat mərhələsinin oyunlarının nəticələrinin yayımlandığı xəbərdə "Kəpəz”in qarşısında Ermənistan sözü yazlıb.

Qeyd edək ki, Azərbaycanın tarixi klublarından olan Gəncə təmsilçisi Avroliqanın I mərhələsində Moldova "Daçiya”sını səfərdə vurduğu 1 qol (0:0, 1:0) sayəsində məğlub edərək, mərhələ adlayıb.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA