08-07-2016 [11:42]
Dövlət Təhlükəsizlik Xidmətinin Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin ətrafında "qızıl əməliyyatı” keçirməsi, icra hakimiyyətinin bir neçə vəzifəli şəxsinin həbs olunması barədə xəbər cəmiyyətdə böyük rezonansa səbəb olub.
Xatırladaq ki, rayonun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə icra başçısı Nizaməddin Quliyev gizli qazıntı işləri apartdıraraq, həmin ərazidən qızıl çıxartdırmaqla məşğul olub.
Gununsesi.info DTX-nin "qızıl əməliyyatı” ilə bağlı sensasion faktlar əldə edib.
Araşdırmalarımız zamanı bəlli olub ki, Nizaməddin Quliyevin qazıntı apartdırdığı ərazi Mədəniyyət və Turizm Nazirliyinin Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin qeydiyyatında olan "Osmantəpə kurqanı” adlanır.
Son aprel döyüşlərindən sonra neytral zonada qalan bu ərazi Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçib.
DTX-nin əməliyyatından təxminən 1 ay əvvəl Nizaməddin Quliyev həmin ərazidə qızıl axtarışına çıxıb. Əraziyə texnikanın cəlb olunmasından xəbər tutan Mədəniyyət və Turizm Nazirliyinin Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Nizaməddin Quliyevə rəsmi məktub yazaraq, qazıntının dayandırılmasını tələb edib. (Həmin məktubun surətini təqdim edirik-red.)
Zakir Sultanov öz məktubunda "Osmantəpə kurqanı”na Nazirlər Kabinetinin arxieoloji abidə statusu verildiyi və oradakı qazıntının dərhal dayandırılmasını tələb edib. Amma Nizaməddin Quliyev bu tələbi qulaqardına vurub və qazıntı işləri davam etdirilib.
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin DTX rəhbərliyinə müraciətindən sonra əməliyyat hazırlanıb və keçirilib. İcra başçısının yaxın ətrafında daxil olan bir neçə vəzifəli şəxs həbs edilib.
Araşdırmalarımız zamanı onu da öyrəndik ki, DTX-nin əməliyyatı zamanı Nizaməddin Quliyev nəqliyyat naziri Ziya Məmmədov və tanınmış iş adamı Qulam Ələkbərovla birlikdə icra başçısına məxsus Tapqaraqoyunlu kəndinin yaxınlığındakı "Dost qapısı” restoranında olub. Məlumatda bildirilir ki, hər üç şəxs qızıl axtarışı prosesinə nəzarət edirmiş. Əməliyyat zamanı Qulam Ələkbərovun rayonun asfalt zavodunun müdiri işləyən Misir Ələkbərov adlı qardaşı da həbs olunanlar arasında olub.
Lakin Ziya Məmmədovun "yuxarılara” dərhal çıxışı əməliyyatın sona çatdırılmasına mane olub. Nazirin müdaxiləsindən sonra həbs olunanları azadlığa buraxıblar.
Beləliklə, əməliyyat başa çatmamış qalıb və ictimaiyyətdən gizlin saxlanılıb.
Mənbənin sözlərinə görə, Ziya Məmmədovun bu işə operativ müdaxiləsinin səbəbi onun da ərazidən çıxarılacaq qızıllarda payının olması və bu prosesin bilavasitə içərisində olmasıdır. Versiyaya görə, Ziya Məmmədov həbs olunanları azad etdirməsəydi, sonradan aparılacaq istintaq və məhkəmə prosesində onun üçün arzuolunmaz "sürpirizlər” ortaya çıxardı.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi