"Kəpəz" tarix yazdı, "Neftçi" uduzdu - Azərbaycanın daha iki komandası Avroliqada mərhələ adladı

img

07-07-2016 [22:22]


Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Gəncənin "Kəpəz” komandası da səfərdə "Daçiya” ilə oynayıb.

Bakıda keçirilən ilk görüşdə Moldova klubu ilə qolsuz bərabərə qalan Şahin Diniyevin komandası bu oyunda 1:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə olaraq avrokuboklarda növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, "Kəpəz" ikinci təsnifat mərhələsində Avstriyanın "Admira-Vakker Medlinq" klubu ilə qarşılaşacaq.

***

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakının "Neftçi” komandası da növbəti oyununa çıxıb.

Öz meydanında Maltanın "Baltsan” klubunu qəbul edən "Neftçi" 1:2 hesabı ilə uduzub. Ancaq səfərdə 0-2 qalib gəldiyindən komandamız növbəti mərhələyə yüksəlib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA