Avro-2016: Portuqaliya 3 dəqiqəyə iki qol vurdu, finala çıxdı

img

07-07-2016 [00:50]


Bu gün "Avro-2016”nın yarımfinal mərhələsində Portuqaliya və Uels milliləri final uğrunda meydana çıxıblar.

Mia.az xəbər verir ki, Kriştiano Ronaldolu Portuqaliya ilə Qeret Beyllı Uelslə oyunun birinci hissəsində hesab açılmasa da, 2-ci hissədə Portuqaliya millisi 3 dəqiqə işərisində 2 qol vuraraq, önə çıxıblar. 

Ronaldo 49-cu dəqiqədə günc zərbəsindən qaldırılan topu gözəl baş zərbəsiylə qapıdan keçirib. Bu qoldan 3 dəqiqə sonra isə Nani ötürməni qola çevirib - 2:0.

Oyun bu hesabla başa çatıb və Portuqaliya finala vəsiqə qazanıb.

Qeyd edək ki, digər yarımfinal oyunu bu gün axşam Almaniya və  Fransa milliləri arasında keçiriləcək. Bu oyunun qalıbi ilə Portuqaliya finalda qarşılaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA