Helikopter qəzasıyla bağlı son xəbər – General və 9 nəfər ağır yaralandı, həlak olanlar var (YENİLƏNİR)

img

05-07-2016 [20:56]


Türkiyənin Giresun əyalətində göyərtəsində aralarında bir tuğgeneral, zabit və əsgərlər və onların ailələri daxil  3-ü uşaq olmaqla), 15 nəfərin olduğu Hərbi-Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, helikopterin göyərtəsində jandarma bölgə rəisi Mustafa Doğru və onun həyat yoldaşı var. 

Məlumata görə, onlar əsgərlərlə bayramlaşmadan dönürmüşlər. Hazırda hadisə yerinə əlavə qüvvələr cəlb olunub. Hadisə ilə bağlı bir azdan rəsmi məlumatın yayılacağı da bildirilir.

****

Hadisə ilə bağlı Giresun bələdiyyəsinin sədrinin verdiyi açıqlamaya görə, hadisə yerinə təhlükəsizlik qüvvələri yetişiblər. ilkin məlumata görə, 15 nəfərin arasında 7 nəfərin yaralanması haqda ilkin məlumat da var...

Qəzanın hələ də dəqiq səbəbləri bilinmir. Bəzi iddialara görə, hava şəraiti belə qəzanın baş verməsinə səbəb olub...

Yəqin ki, bir azdan qəzanın səbəbi də açıqlanacaq.

****

Son məlumata görə, generalın həyat yoldaşı həlak olsa da, özünün ağır yaralı olduğu bildirilir...

***

Baş nazir Binəli Yıldırmdan ilk açıqlama gəlib. O, helikopterdə olanların dəqiq sayının hələ də müəyyən olunmadığını deyib. Ancaq o, 5 nəfərin həlak olduğunu açıqlayıb: "Bunlar ilkin məlumatdır. İrəliləyən dəqiqələrdə hər şey dəqiqləşəcək".

****

Yaralananlardan artıq 5 nəfərin xəstəxanaya çatdırıldığı açıqlanıb...

****

Son məlumata görə, qəzada terror "barmağı" yoxdur. Hadisənin pis hava şəraitinə görə baş verdiyi bildirilir.

***

Son açıqlamaya görə, 2-i uşaq olmaqla, 9 yaralı var və onların hər biri xəstəxanaya yerləşdirilib. Hadisə meşə sahəsində baş verdiyindən hələ də arama prosesi davam eetdirilir....

***

21.50.-də Türkiyə Prezidenti Ərdoğan açıqlama verib. O, hadisədən böyük üzüntü duyduqlarını deyərək, olayın təfərrüatı ilə bağlı əlaqədar qurumların araşdırma apardığını bildirib...

***

Son xəbərə görə, helikopter alçaqdan uçduğundan və yerə düşən zaman böyük ağaclara çırpıldığından göyərtidəkilərin hamısının həlak olmadığı da iddia olunur...

***

22.00-a olan məlumata görə, helikopterdə olanlardan bir nəfərin nə sağ, nə yaralı olması hələ də müəyyən edilməyib. Onun qəza anında itkin düşdüyü xəbəri var. Jandarma bölgədə axtarışını davam etdirir...

Ölənlərin sayı isə 6 nəfərdir...


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA