Avro-2016: Uelsdən gözlənilməz darmadağın, Belçika evinə döndü

img

02-07-2016 [00:50]


"Avro-2016"nın 1/4 final mərhələsində Britaniya təmsilçisi olan Uels millisi Belçika ilə üz-üzə gəlib.

Mia.az xəbər verir ki, oyunda çoxları Belçikadan asan qələbə gözləsə də, Uels rəqibini darmadağın edib.

Baxmayaraq ki, oyunda hesabı Belçikalı Naynqolan 13-cü dəqiqədə gözəl zərbəylə açıb. Ancaq 30-cu dəqiqədə günc zərbəsindən Eşli Uilyams baş zərbəsi ilə hesaba tarazlıq gətirib. İkinci hissənin 54-cü dəqiqəsində isə Robson-Kanu fərqi 2-yə çatdırıb - 2:1.

Bu qoldan sonra rəqib qapısına yüklənən Belçikalılar 85-ci dəqiqədə qapılarında daha bir qol görüblər. Vouks baş zərbəsiyə fərqi 3-ə çatdırıb - 3:1.

Onu da qeyd edək ki, 1/2 finalda Uels Portuqaliya yığması ilə qarşılaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA