Gürcü azarkeşlər erməniləri döydülər

img

01-07-2016 [20:55]


Dünən Gürcüstanın Qori şəhərində yerli "Dila” komandası futbol üzrə Avropa liqasının birinci təsnifat mərhələsində Ermənistanın "Şirak” klubuna 1:0 hesabı ilə qalib gəlib.

Oyundan sonra əsasən məktəb yaşlı onlarla gürcüstanlı azarkeş erməni fanatları daşıyan mikroavtobuslara hücum ediblər.

Məlumata görə, münaqişə hələ oyundan əvvəl stadionun yaxınlığında yerləşən kafedə başlayıbmış. Söz davasından sonra ara sakitləşib. Oyundan sonra isə erməniləri aparan mikroavtobuslar daşa basılıb. Erməni azarkeşlər avtobusları tərk ediblər və kütləvi dava başlayıb. Polis hadisə yerinə gəldikdən sonra hücum edən tərəf oranı tərk edib. Bir neçə erməni azarkeş izahat alınmaq üçün polis məntəqəsinə aparılıb.

Hücum edən tərəfdən bir nəfər saxlanılıb.

Virtualaz.org 


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA