Polşa - Portuqaliya oyunu ilə bağlı yeni xəbər - Avro-2016

img

28-06-2016 [14:37]


Futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsinin Polşa - Portuqaliya oyununa təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, iyunun 30-da ilk yarımfinalçını müəyyənləşdirəcək qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Feriks Brıx olacaq. Ona yan xətt hakimləri qismində Mark Borş və Ştefan Lupp kömək edəcək. Bastian Dankert və Marko Frits əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək. Matçın dördüncü hakimi serbiyalı Milorad Majiç olacaq. Daha bir serbiyalı Milovan Ristiç isə ehtiyat köməkçi-hakim qismində meydana çıxacaq.

Hakim-inspektor Pyerluici Kollina (İtaliya), UEFA nümayəndəsi isə Roland Ospelt (Lixtenşteyn) olacaq.

Qeyd edək ki, Fransanın Marsel şəhərindəki "Velodrom" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA