Avro-2016: Polşa-İsveçrə - Bərabərlik + 30 dəqiqəlik uzatma və penaltilər..

img

25-06-2016 [19:41]


Bu gün "Avro-2016"da 1/8 final mərhələsində 3 oyunla qarşılaşmalara start verilib.

Mia.az xəbər verir ki, meydana ilk olaraq İsveçrə ilə Polşa yığmaları çıxıblar. Oyunda hesabı ilk olaraq polşalı Blaşikovski açıb. Onun 39-cu dəqiqədə vurduğu zərbə dəqiq olub. Lakin ikinci hissənin 82-ci dəqiqəsində Şakiri hesaba tarazlıq gətirə bilib - 1:1.

Oyunun əsas vaxtına əlavə edilən 30 dəqiqəlik vaxtda hesab dəyişmədiyindən hakim penaltilər təqyin edib. İlk penaltini isveçrə vurub. Lakin isveçrəlilər ikinci penalti vuruşunda dəqiq olmayıb. Bundan sonra fürsət yaxalayan Polşa milliləri önə çıxıblar - 5:3. 

Onu da qeyd edək ki, bu gün Britaniya derbisində Uels və Şimali İrlandiya yığmaları Bakı vaxtı ilə saat 20.00-da üz-üzə gələcək.

Günün ən maraqla gözlənilən görüşü Xorvatiya və Portuqaliya arasında keçiriləcək. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA