Fərəc Cəlilov Avropa çempionu oldu - FOTO

img

24-06-2016 [16:09]


Böyük Britaniyanın Stouk-on-Trent şəhərində keçirilən Pauerliftinq üzrə Avropa çempionatında gərgin mübarizəyə və ciddi zədələrə baxmayaraq soydaşımız Fərəc Cəlilov birinci yerə layiq görülüb. 

Fərəc ölkəmizi 90 kq çəki dərəcəsində təmsil edərək "squat” hərəkətində 250 kq, "bench-press” 190 kq, "deadlift” 310 kq qaldırıb 750 kq ümumi nəticə ilə Azərbaycan bayrağını fəxri kürsünün ən yüksək pilləsində ucaldıb. 

Qeyd edək ki, yarışda 22 ölkə, 500-ə yaxın idmançı iştirak edib.

Azərbaycan Pauerliftinq yığmasının üzvü Fərəc Cəlilov 2012-ci ildə gənclər arası Pauerliftinq üzrə hətta Mütləq Avropa və Dünya Çempionu titulunu qazanaraq, dünya rekorduna imza atıb...


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA