UEFA Xorvatiya Futbol Federasiyasını cəzalandırdı - Səbəb

img

20-06-2016 [23:31]


UEFA Xorvatiya Futbol Federasiyasını cəzalandırıb.

Buna səbəb xorvat fanatların AÇ-2016-nın qrup mərhələsi çərçivəsində Çexiya ilə oyundakı davranışları olub.

Qarşılaşmanın gedişatında meydana yanan məşəllər atan azarkeşlər həm də irqçi şüarlar səsləndiriblər.

Qərara əsasən Xorvatiya Futbol Federasiyası 100 min avro məbləğində cərimə olunub.

Qeyd edək ki, Xorvatiya millisi D qrupunda İspaniya, Türkiyə və Çexiya ilə birgə mübarizə aparır.

Apasport.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA