Avro-2016: İslandiya iki qol vurdu, birini öz qapısına...+ CƏDVƏL

img

18-06-2016 [21:54]


Avro-2016”da qrup mərhələsinin F qrupunda bu gün İslandiya millisi Macarıstanla qarşılaşıb.

Mia.az xəbər verir ki, oyunda hesabı islandlar açıblar.

Siqordsson 39-cu dəqiqədə penaltidən qolu vurub. Oyunun 88-ci dəqiqəsində isə Macarıstan milliləri məğlubiyyətdən yaxa qurtaran qola imza atıblar. Daha dəqiqi, island oyunçu Saevarsson öz qapısına qol vurub. Bu, hələki çempionatda ilk avtoqol olaraq yadda qalıb - 1:1.

Onu da qeyd edək ki, qrupun digər oyunu Portuqaliya ilə Avstriya arasında olacaq.

Növbəti, son turda isə İslandlar Avstriya ilə, macarlar da Portuqliya ilə üz-üzə gələcəklər.

NKomandalarOQHMT-FX
1Macarıstan21103-14
2İslandiya
20202-22
3Portuqaliya
10101-11
4Avstriya10010-20

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA