18-06-2016 [16:51]
90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkiləri yerli və beynəlxalq müşahidəçilər izləyir.
Mia.az APA-ya istinadla bildirir ki, Avropa Şurası Parlament Assamblesyasının (AŞPA) 4 müşahidəçisi – AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda, Stefan Şennak, belçikalı senator, AŞPA Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi və AŞPA Katibliyinin əməkdaşı Boqdan Torkatoriu hazırda seçki məntəqələrində səsvermə prosesini müşahidə edirlər.

AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak ilkin təəssüratlarını bölüşüb: "Mən indiyədək 6 seçki məntəqəsində olmuşam. Seçkilərin şəffaf və demokratik keçməsi üçün çox iş görülüb. Səsvermə prosesi normal gedir. Seçicilər sərbəst seçimlərini edirlər. Səsverməni xeyli sayda yerli müşahidəçi də izləyir. Məntəqələrdə veb-kameralar quraşdırılıb. Bütün bunlar səsvermənin şəffaf və demokratik keçməsini şərtləndirən amillərdir. Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun aparılır. Müşahidələr zamanı gördüm ki, bəzi vətəndaşlar 90 saylı Ağdaş seçki dairəsi üzrə ötən ilin noyabrında keçirilən seçkilərin nə üçün ləğv olunması və təkrar seçkilərdə nəyə görə iştirak etdiklərini bilmirlər. Bəzi yerli müşahidəçilər də seçkilərdə nəyə diqqət yetirməli olduqlarını bilmirlər. Biz bəzi seçicilərin deputatlığa namizədlər barədə kifayət qədər məlumatlı olmadığını müşahidə etdik”.

"Günortayadək Ağdaş şəhərində və kəndlərdə 8 seçki məntəqəsində olmuşam. Seçki məntəqələrində yaradılmış şərait qənaətbəxşdir. Seçicilər səsvermə prosesində həvəslə iştirak edirlər” – bunu isə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Sezar Florin Preda deyib.
Azərbaycanda belə bir məsul missiyanı yerinə yetirdiyinə görə şad olduğunu vurğulayan S. Preda hər hansı qanun pozuntusu ilə rastlaşmadığını bildirib:"Ümumilikdə Ağdaşda seçki prosesinə ciddi hazırlıq işlərinin görüldüyünü müşahidə edirəm. Seçkilər tam demokratik keçir və baş çəkdiyim məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlməmişəm”.
S. Preda seçki məntəqələrində səsvermənin normal keçdiyini vurğulayıb.
Xatırladaq ki, 90 saylı Ağdaş seçki dairəsində 1 yer uğrunda 7 deputatlığa namizəd mübarizə aparır.
Bunlar Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov (Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri), Ümid Partiyasının namizədi İqbal Ağazadə (Ümid Partiyasının sədri), o cümlədən öz təşəbbüsü ilə namizədliyini irəli sürən bitərəflər – Rəşad Abdullayev (Ağdaş rayon təhsil şöbəsi N.Maqsudov adına Tofiqi kənd orta məktəbi, müəllim), Elmir Gözəlov ("Azəravtoyol” ASC-nin "Yolların Mühafizəsi Xidməti” MMC, baş mütəxəssis), Rəşid Gözəlov ("Azərpoçt” MMC-nin Ağdaş poçt filialı, müfəttiş), Əli Haqverdiyev (Ağdaş rayon mərkəzi xəstəxanası, həkim) və Anar İbrahimlidir (Ağdaş Dövlət Humanitar Kolleci, müəllim).
Səsvermə saat 19:00-da başa çatacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi