18-06-2016 [14:49]
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2016–cı il 6 iyun tarixində təsdiq edilmiş istismar müddəti başa çatmış Ermənistan Respublikası ərazisində fəaliyyət göstərən Metsamor AES – in fəaliyyətinin dayandırılması məqsədilə başlanan "Stop Metsamor” kampaniyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi atom elektrik stansiyasının bağlanmasını tələb edən petisiyaya imzatoplama kampaniyasına start verilmişdir.
Bu barədə Xeberlent.az saytına 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi Ətraf Mühitin Monitorinqi və Ekoloji Təbliğat sektorundan məlumat verilib. Sözügedən qurumun müdiri Vüsal İbrahimli saytımıza bildirdi ki, Ermənistanın paytaxtı İrəvan şəhərindən 40 km qərbdə Metsamor şəhərində yerləşən bu stansiyanın tikintisinə 1969–cu ildən başlanmışdır. 1977–ci ildə tikinti başa çatdıqdan sonra 30 il müddətinə Metsamor AES-ı istismara verilmişdir.1988–ci ildə baş vermiş Spitak zəlzələsinin episentri Metsamor stansiyasından 75 km aralıda idi. Zəlzələdən sonra böyük zərər görmüş stansiya bu vəziyyətdə 3 ay işlədilmiş və yerli əhalinin təzyiqindən sonra bağlanmışdır. Ermənistanın enerji ehtiyatının 40%-dən çoxunu ödəyən stansiyanın bağlanması Ermənistanda enerji böhranına səbəb olmuşdur. Bu böhrandan çıxmaq üçün beynəlxaq tənqidlərə baxmayaraq "Metsamor”-u yenidən açmağa qərar verən Ermənistan hökuməti 1994-cü ildə Rusiya ilə AES-in işə salınması üçün lazım olan maddi-texniki dəstəyi özündə ifadə edən bir anlaşma imzalandı və 1995 – ci ildən etibarən stansiya işə başladı.Yaxın ərazi üçün təhlükəli olan bir stansiyanın işə yenidən başlaması dünya ictimaiyyətini narahat etməyə bilməzdi. Buna görə dünya dövlətləri stansiyanın fəaliyyətinin dayandırılması üçün Ermənistana yardım etdilər. Edilən yardımlar vasitəsilə AES-in istismarını dayandırıb əvəvzində alternativ enerji qurguları tikilə bilərdi. ABŞ 18 milyon dollar, Avropa İttifaqı 11 milyon dollar, Fransa nüvə tullantılarının toplanması üçün 40 milyon dollar, İngiltərə təhlükəsizlik tədbirləri üçün 80 milyon funt sterlinq ayırmışdır. Bütün bu yardımlar AES-in tezliklə bağlanması öhdəliyinin yerinə yetirmək üçün edilirdi. Lakin Ermənistan bu yardımların az olduğunu bildirərək fantastik bir rəqəm – bir milyard avro tələb etmişdir.
Digər enerji növlərinə nisbətən atom enerjisinin xeyli ucuz başa gəlməsi ilk vaxtlar bəzi ölkələrin xüsusi marağına səbəb olmuşdur. Lakin son dövrlərdə baş verən hadisələr: iqtisadi baxımdan uğursuzluq yaşanması, radioaktiv tullantıların zərərsizləşdirilməsinin nəticəsizliyi, bir çox ölkənin başına bəla açan milyonlarla insanın həyatını təhlükə altına alan nüvə qəzaları və s. hadisələr atom enerjisinin o qədər də sərfəli olmadığını göstərdi.
Bildiyimiz kimi, XX əsrin ən dəhşətli faciələrindən biri Çernobıl fəlakəti istər şahidləri, istərsə də hadisə barədə eşitmiş insanları hələ də həyəcanlandırır. Çernobıl faciəsi zamanı partlayış zolağındakı reaktora daxil olan ilk jurnalistlərdən biri Vladimir Qubarev yazırdı ki, Çernobıl bir müharibədi. Faciədən 30 il keçməsinə
baxmayaraq, hələ də Çernoblın fəsadları və zərərləri sovuşmayıb, yaddaşlardan silinməyibdir. Çernobıl hadisəsi zamanı 7000 insan dünyasını dəyişmiş 25000 insan isə ömürlük şikəst olmuşdur. Hadisənin aradan qaldırılması üçün əraziyə 650000-dən çox insan cəlb olunmuşdur. Statistik məlumatlara əsasən, bir neçə il sonra insanların 10-15 mini, qeyri-rəsmi məlumatlara görə isə 100 mindən artıq insan dünyasını dəyişmişdir. Hal-hazırkı dövrdə də bir çox avropa ölkələrində Çernobıl faciəsinin fəsadları hələ də gündəmdədir.
Beynəxalq standartlara əsasən, 5 və daha çox şiddətdəki zəlzələnin başvermə ehtimalı olan bölgələrdə atom stansiyasının inşasına icazə verilməməlidir. Ermənistandakı AES isə SSRİ-nin dövründə inşası 8 bal gücündə zəlzələyə davamlı olaraq tikilmişdir, lakin stansiyanın yerləşdiyi ərazi 9 bal və daha çox riskli ərazidə yerləşir. Türkiyədən 16 km, İrandan 60 km uzaqlıqda, Azərbaycan və Gürcüstandan 120 km uzaqlıqda yerləşmiş Metsamor AES-i Cənubi Qafqaz və Avropa regionu üçün ən böyük təhlükələrdən biridir. Ermənistanın siyasi hakimiyyəti Metsamor AES-nin təhlükə saçan ömrünü 2016-cı ilə qədər uzadıblar. Hansı ki reaktorun istifadə müddəti 2001-ci ildə başa çatıb. Bütün bunlar azmış kimi, Ermənistan atom silahına sahib olduğunu iddia edir və Azərbaycanı bu silahla təhdid edir.
4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi Ətraf Mühitin Monitorinqi və Ekoloji Təbliğat sektorunun məsləhətçisi Cavad Məmmədli bilrir ki, növbəti dəfə mayın 23-də İstanbulda Dünya Humanitar Sammitində dövlət başçısı cənab prezident İlham Əliyev Ermənistandakı Metsamor AES-i barədə məlumat verərək qeyd edib ki, Ermənistanın radioaktiv tullantılarının qanunsuz istifadəsinə dair məlumatlar var. Sabiq Baş nazir, parlament üzvü və digər Ermənistan rəsmiləri bu ilin aprelində Ermənistanın " çirkli bomba” adlandırılan nüvə silahına malik olduğunu qeyd ediblər. Bu bəyanat müvafiq beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi