Avro-2016: Türkiyə məğlub oldu, Arda fitə basıldı, İspaniya növbəti mərhələdə!

img

18-06-2016 [09:24]


"Avro-2016"da D qrupunun ilk görüşündə Xorvatiya yığmasına məğlub olan Türkiyə yığması bu gün İspaniya milliləri ilə oyundan da "əliboş" qayıdıb.

Mia.az xəbər verir ki, İspaniya milliləri Fateh Terimin komandasına 3 cavabsız top vurublar. Qolların ikisinə 34 və 48-ci dəqiqələrdə Morata imza atıb. Digərini isə 37-ci dəqiqədə Nolito vurub - 3:0.

Oyunda diqqətçəkən maraqlı məqamlardan biri də türk azarkeşlərin "Barselona" forması geyinən Arda Turanı kütləvi şəkildə fitə basmaları olub. Buna etiraz edən futbolçu hətta bir neçə dəfə oyunda topu ayağında saxlayaraq oynamaq istəməyib. Maraqlıdır ki, hər belə hadisə yaşandıqca, ispan azarkeşlər Ardaya dəstək olub, "Arda Turan" deyə sloqanlar atıblar.

Onu da bildirək ki, ispanlar bu qalibiyyətlə adlarını 1/8 finala yazdırıblar. Türkiyə isə turnirin hələki ən pis komandası kimi tarix yazır.

N

Komandalar

O

Q

H

M

T-F

X

1

İspaniya

2

2

0

0

4-0

6

2

Xorvatiya

2

1

1

0

3-2

4

3

Çexiya

2

0

1

1

2-3

1

4

Türkiyə

2

0

0

2

0-4

0


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA