16-06-2016 [17:16]
Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunus iyunun 18-dən 21-dək Bakıda səfərdə olacaq.
"Eurasia Diary" xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşəbbüsü, ADA və İqtisad Universitetinin birgə təşkilatçılığı ilə Bakıya səfər edəcək dünyaca nüfuzlu ictimai xadim, sosial biznes və mikrokreditin atası adlandırılan Məhəmməd Yunusun dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulur.
Nobel Sülh Mükafatı Laureatının ilk olaraq ADA Universitetində ”Biznesin sosial məsuliyyəti” mövzusunda məruzə ilə çıxış etməsi nəzərdə tutulur. Professor M.Yunusun burada xarici ölkə səfirliklərinin və diplomatik nümayəndəliklərinin qarşısında sosial bizneslə bağlı bir sıra maraqlı mesajlar verməsi planlaşdırılır. Daha sonra cənab Yunus İqtisad Universitetində Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan və Gürcüstandan olan nümayəndə heyətləri, o cümlədən, Azərbaycanın bir sıra nazirlik və komitələrinin, rəsmi şəxslərinin qarşısında "Sosial Biznes – İnkişaf üçün əsas yol” mövzusunda mühazirə ilə çıxış etməsi gözlənilir.
İyun ayının 20-də isə məşhur iqtisadi xadim, "Qramen” Bankının və dünyanın 41 ölkəsində fəaliyyət göstərən 50-dən çox iqtisadi qurumun təsisçisi cənab Yunus Beynəlxalq Avrasiya Mətbuat Fondunun qərargahında Azərbaycan dilinə tərcümə olunmuş, müəllifi olduğu "Kasıbların Bankiri” ( The Banker to the Poor) kitabının təqdimatı mərasimində iştirak edəcək.
Mərasimdə Professor Məhəmməd Yunusa BAMF-ın Ali Mükafatı təqdim olunacaq.
Qeyd edək ki, sözügedən Ali Mükafat buna qədər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Udmurtiya Respublikasının rəhbəri Aleksandr Salavyova təqdim olunub.
Bu mükafat dünya miqyasında vətəndaş cəmiyyəti sahəsinə verdiyi töhfə, beynəlxalq səviyyədə sosial və iqtisadi sahədə əldə olunan nailiyyətlərə, dünya elminin inkişafında oynadığı əvəzsiz rol və münaqişələrin həllində sülhü təbliğ edən ictimai xadimlərə təqdim olunur.
Xatırladaq ki, 2006-cı ildə Məhəmməd Yunus və onun rəhbərlik etdiyi Qramen bankı Nobel Sülh Mükafatına layiq görülüb. Professor Yunus Wharton Biznes Məktəbinin "Son 25 İlin ən Nüfuzlu Biznes adamları” siyahısında 25-ci yerdədir. Daim yenilik axtardığına və səmərəli sahibkarlıq fəaliyyətinə görə, "Fortune” jurnalı Professor Yunusu 2012-ci ilin mart ayında "dövrümüzün 12 dahi sahibkarları” siyahısında 12-ci yerə layiq görüb. AsiaWeek (Honk Konq) təşkilatı isə onu"İyirmi Dahi Asiyalıdan”biri kimi seçmişdir. 2008-ci ildə Böyük Britaniyanın Prospect Jurnalı və ABŞ-ın Foreign Policy Jurnalı tərəfindən keçirilmiş açıq onlayn səsvermədə, Top 100 İntellektual Şəxsləri siyahısında Məhəmməd Yunus dünyanın ikinci ən intellektual adamı seçilib. Professor Məhəmməd Yunus 20 ölkədən olan universitetdə 55 fəxri dərəcəsinə, həmçinin 26 ölkənin 112 mükafatı, o cümlədən 10 ölkənin dövlət mükafatına layiq görülmüşdür. O, ABŞ Prezidentinin Azadlıq Medalı və ABŞ Konqresinin Qızıl Medalını almış yeddi şəxsdən biridir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi