Avro-2016: Rusiya Slovakiya ilə bacarmadı + CƏDVƏL

img

15-06-2016 [19:12]


Bu gün "Avro-2016"nın qrup mərhələsində II turun oyunlarına start verilib.

Mia.az xəbər verir ki, B qrupunda Rusiya Slovakiya ilə qarşılaşıb. Çoxları ruslardan qələbə gözləsə də, slovaklar oyuna istəkli başlayıb.  

Artıq 32-ci dəqiqədə Vladimir Veiys hesabı açıb. Bu qoldan sonra daha sönük oyun sərgiləyən ruslar birinci hissənin sonuncu dəqiqəsində qapılarınnda 2-ci qolu da görüblər. Slovakiya yğmasının hücumçusu Marek Hamşik 45-ci dəqiqədə hesab arasındakı fərqi artırıb - 0:2.

İkinci hissənin bitməsinə 15 dəqiqə qalmış isə ruslar toparlanıb. 79-cu dəqiqədə Denis Qluşakov fərqi azaldan qola imza atıb - 1:2. Lakin rusların bundan sonrakı hücumları nəticə verməyib.

Bununla da Rusiya qrupdakı vəziyyətini təhlükəyə atmış olub. 

Xatırladaq ki, Rusiya son oyununu Uelsə qarşı keçirəcək.  

Onu da qeyd edək ki, qrupun digər görüşü olan İngiltərə - Uels oyunu sabah keçiriləcək.

NKomandalarOQHMT-FX
1Uels11002-13
2Slovakiya21013-33
3İngiltərə10101-11
4Rusiya20112-31

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA