Avro-2016: "Fənərbaxça"lı qol vurdu, ancaq Portuqaliya qələbə qazana bilmədi

img

15-06-2016 [00:52]


Bu gün "Avro-2016”nın F qrupunda  Avstriya və Macarıstan millilərindən sonra (bu oyun 0-2 macarların xeyrinə bitib) Portuqaliya ilə İslandiya yığmaları üz-üzə gəliblər. 

Mia.az xəbər verir ki, oyunda hesabı Portuqaliya millisi açıb. 31-ci dəqiqədə "Fənərbaxça"lı Luiş Nani dəqiq oynayıb - 1-0.

Çoxları bu oyunda portuqulların qələbəsini gözləsə də, islandlar əzməkar oyunu ilə hesaba tarazlıq gətirib. Belə ki, ikinci hissənin başlanmasından 5 dəqiqə sonra Byarnason bərabərliyi təmin edib - 1:1.

Oyun bu hesabla başa çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA