Türkiyə - İspaniya matçının hakimləri açıqlandı - FOTO

img

14-06-2016 [23:07]


"Avro-2016"nın D qrupu çərçivəsində keçiriləcək İspaniya - Türkiyə matçının hakimləri açıqlanıb. 

Sözügedən qarşılaşmanı Serbiyadan olan Molorad Maziç idarə edəcək.

Ona bu işdə yan xətt hakimləri kimi Milovan Ristiç, Dalibor Corcyeviç kömək edəcək. Əlavə köməkçi hakimlər isə Danilo Qrujiç, Nenad Cokiçdir. Dördüncü hakim funksiyasını isə Belarusdan olan Aleksey Kulbakov yerinə yetirəcək.

İspaniya - Türkiyə oyunu iyunun 17-də Bakı vaxtı ilə 23:00-da start götürəcək. D qrupunda qərarlaşan Türkiyə millisi Xorvatiya, Çexiya və İspaniya yığmaları ilə mübarizə aparacaq. Türkiyənin turnirdə ilk oyununda Xorvatiya millisinə minimal hesabla uduzub. Xorvatların yeganə qoluna Luka Modriç imza atıb. Fransada keçirilən Avropa çempionatı iyun ayının 10-dan iyulun 10-dək davam edəcək. 


ANS


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA