UEFA qərarını açıqladı: - Rusiyaya ağır cəza verildi

img

14-06-2016 [20:45]


UEFA Rusiya milli komandasının şərti olaraq Avropa çempionatından uzaqlaşdırıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, qitənin ali futbol qurumu "Avro-2016”nın Rusiya – İngiltərə matçından əvvəl, oyun zamanı və sonrası rus azarkeşlərinin qaydalara zidd davranışı səbəbindən belə cəza verib. Bundan başqa, Rusiya Futbol İttifaqına 150 min avro maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, həmin oyun zamanı rus azarkeşlər irqçi şüarlar səsləndirib, tribunalarda iğtişaş yaradıb. Oyun bitən kimi onlar yan tribunalarda əyləşən ingilis azarkeşlərinə hücum edərək dava salıblar.

Əgər bənzər hadisələr təkrarlanarsa, o zaman şərti cəza qüvvəyə minəcək və UEFA Rusiya millisini yarışdan kənarlaşdırılacaq.

Rusiya Futbol İttifaqı UEFA-nın cəzasını sərt, amma ədalətli adlandırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA