"Türkiyə çempion olarsa, sənə ofisiantlıq edəcəm” - Xorvat oyunçu

img

12-06-2016 [14:50]


Xorvatiya millisinin sabiq üzvü İvan Klasniç Türkiyə yığması haqda maraqlı açıqlama verib.

Yerli mətbuata açıqlama verən veteran futbolçu deyib:

"Restoran işlədən italiyalı dostum mənə Türkiyənin "Avro-2016”nın qalibi olacağını dedi. Mən isə ona bildirdim ki, Türkiyə çempion olarsa, sənə ofisiantlıq edəcəm”.

İ.Klasniç "Avro-2016”nın D qrupunda bu gün keçiriləcək Türkiyə  - Xorvatiya oyunu haqda fikirlərini bildirib:
"Bizim üçün çox önəmli matç olacaq. Futbolçularımızın bu oyuna yaxşı motivasiya olduqlarını düşünürəm. 2008-ci ildəki məğlubiyyətin əvəzini çıxmalıyıq”(Qol.az).

Qeyd edək ki, "Avro-2008”də Xorvatiyanın Türkiyəyə uduzduğu oyunun əlavə vaxtında xorvatların qolunu İvan Klasniç vurmuşdu. Lakin türklər son saniyələrdə cavab qolu vurmuş və penaltilər seriyasında qalib gələrək yarımfinala yüksəlmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA