Ramazan ayının beşinci gününün – Təqvim və duası + CƏDVƏL

img

11-06-2016 [01:03]


Ramazan ayının beşinci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 11-də Bakıda imsak və iftar vaxtları belədir: 

İmsak – saat 03:09-da;

İftar – saat 20:27-də.

 Ramazan ayının 5-ci gününün duası isə belədir:

"Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin".

Tərcüməsi:
"İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!"

Allah orucunuzu qəbul etsin! 

Aşağıdakı cədvəl  – təqvimdə qeyd olunan şəri vaxt ölçüləri Bakı, ətraf qəsəbələr və Abşeron rayonu ərazisi üçün  nəzərdə tutulub.

Azərbaycanın rayonları arasında olan fərq (dəqiqələrlə) cədvəldə göstərilən vaxta müvafiq olaraq:

Sumqayıt – 1 dəqiqə sonra; Ağdam – 11 dəqiqə sonra;  Astara – 2 dəqiqə sonra; Gəncə – 14 dəqiqə sonra; Qazax – 19 dəqiqə sonra; Quba – 6 dəqiqə sonra; Lənkəran – 3 dəqiqə sonra; 

Saatlı – 7 dəqiqə sonra; Sabirabad – 5 dəqiqə sonra; Şabran – 3 dəqiqə sonra; Şamaxı – 6 dəqiqə sonra; Şəki – 12 dəqiqə sonra; Xaçmaz -10 dəqiqə sonra; Yevlax -11 dəqiqə sonra, 

Naxçıvan – 17 dəqiqə sonra; Göyçay – 8 dəqiqə sonra; Zaqatala – 14 dəqiqə sonra.

ramazan


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA