Dünya çempionu kəmərini Kəmaləddin Heydərovun oğluna verdi - Açıqlama (FOTO)

img

10-06-2016 [17:59]


Bu gün "Qəbələ” klubunun prezidenti Tale Heydərov peşəkar boks üzrə dünya çempionu Fariz Məmmədovla görüşüb.

Mia.az qol.az-a istinadən xəbər verir ki, bu barədə Fariz Məmmədov öz instagram səhifəsində yazıb.

Fariz Məmmədov görüş zamanı dünya çempionu kəmərini Tale Heydərova hədiyyə edib. F.Məmmədov qol.az-ın müxbiri ilə söhbətində görüşlə bağlı təəssüratlarını bölüşüb: "Son illər əldə etdiyim bütün uğurlara görə başda Tale Heydərov olmaqla "Qəbələ” İdman Klubuna borcluyam. Azərbaycanın peşəkar boksda ilk dünya çempionu olmağımda onların rolu böyükdür. Ona görə də Tale Heydərovdan xahiş etdim ki, kəmərimi qəbul etsin. Əvvəl qəbul etmək istəmədi. Ancaq israrla xahiş etdikdən sonra kəməri qəbul edib, otağının ən gözəl yerlərindən birinə qoydu”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA