09-06-2016 [14:07]
Qobustan rayonunun Bədəlli kəndində yaşayan şəhid anası Müstəcəbova Şəhla Azinforum.az İnformasiya Portalına rayon icra hakimiyyətinin onlara qarşı olan hədsiz biganəliyindən bəhs edən şikayət ünvanlayıb.
Qeyd edək ki, şikyaət edən xanım 04.04 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəməncasına şəhid olan Müstəcəbov Orxan Ələskər oğlunun anasıdır.
Şəhid anası bildirir ki, hətta bu günə kimi onun oğlunun qəbri belə düzəldilməyib:
"Bu müddət ərzində İcra Hakimiyyətinin başçısı Adil Məmmədovdan zərrə qədər də dəstək görməmişik. Bütün yası da öz vəsaitimiz hesabına etdik. Çox sağ olsun, ölkənin birinci xanımı Mehriban Əliyeva bizə dəstək göstərməsəydi yasın xərcinə görə oğlanlarım bankdan kredit götürməli olacaqdı. Mən fürsətdən istifadə edib Mehriban xanıma bütün şəhid ailələrinə göstərdiyi qayğı və diqqətə görə dərin təşəkkürümü bildiriəm. Yaxşı olardı ki, bizim icra başçımız da belə əməllərə baxıb örnək götürərdi. Bütün rayonlarda şəhidlərimiz olub. Mən maraqlanmışam, yerli icra hakimiyyətləri həmin ailələrə böyük qayğı göstərir. Adil Məmmədov isə, hər gün mənim evimin yanından keçib fermada saxladığı camışlara baş çəkə bilir, ancaq şəhid anası ilə maraqlanmağa vaxt tapmır. Gəlin, evimizə baxın, yağış yağanda başımıza damır. Mənim oğlum sağlığında 1700 manat əmək haqqqı alırdı. Kaş ki, sağ olaydı, mənim də Adil Məmmədov kimilərə ehtiyacım qalmayaydı. Bir şəhidin qəbrini düzəltməyə icra hakimiyyətinin gücü çatmırsa, onda burda niyə işləyir?”.
Qeyd edək ki, şəhid Müstəcəbov Orxan Ələskər oğlunun məzarı Qobustan rayonunun Yekəxana kəndindədir.
Azinforum.az olaraq Qobustan rayon icra hakimiyyətinin rəsmi saytında olan telefon nömrələrinə bir neçə saat ərzində zəng etsək də, cavab verən tapılmadı. Səslənən fikirlərlə bağlı onların da mövqeyini dinləməyə hazırıq.
Mövzuya qayıdacayıq…





Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi