08-06-2016 [23:23]
"Bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçirilir. Bizə gəldikdə isə onlar 20 ildən çoxdur kağız üzərində qalır".
Bunu Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda çıxışı zamanı prezident İlham Əliyev bildirib.
Azərbaycan prezidenti çıxışı zamanı iki ölkə arasında tərəfdaşlıq məsələlərinə toxunub:
"Almaniya və Azərbaycan yaxşı tərəfdaşlardır. Biz bir çox sahələrdə əməkdaşlıq edirik. Bizim aramızda çox fəal siyasi dialoq mövcuddur. Mən ötən il Almaniyaya səfər etmişəm, indi də səfərdəyəm. Bu, onu göstərir ki, bizim aramızda iqtisadi əlaqələrin də inkişafı üçün vacib olan çox fəal siyasi əlaqələr var. Sabitlik və təhlükəsizlik digər ölkələr kimi, bizim iqtisadiyyatımız və ölkəmizin gələcək inkişafı üçün ən vacib məsələlərdən biridir".
İlham Əliyev xatırladıb ki, "1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejimi əldə olunandan bəri biz sülh şəraitində yaşayırıq. Lakin bu sülh kövrəkdir və təmas xəttindəki son hadisələr göstərir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə dondurulmuş deyil və bu münaqişə həll olunmalıdır.
Aprelin əvvəlində Ermənistan Azərbaycana qarşı hərbi təxribat törətdi. Biz cavab verməli, mülki əhalimizi, şəhərlərimizi, kəndlərimizi və hərbi mövqelərimizi müdafiə etməli olduq. Apreldəki toqquşmaların nəticələri göstərdi ki, Ermənistan artıq vəziyyətə nəzarət etmək və status-kvonu dəyişməz saxlamaq iqtidarında deyil. Status-kvo mümkün qədər tez bir zamanda dəyişdirilməlidir. ATƏT-in Minsk qrupu bu məsələ ilə məşğul olur. Minsk qrupuna həmsədrlik edən ölkələrin - ABŞ, Fransa və Rusiyanın prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı dəfələrlə açıq bəyanat yayıblar. ATƏT-in sədri kimi Almaniya da bu bəyanatla çıxış edib. Nazir Ştaynmayer status-kvonun dəyişdirilməli olduğunu çox açıq şəkildə bəyan edib. Bu, nə deməkdir? Status-kvonun dəyişdirilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan azad olunmasının başlanması deməkdir. Azərbaycanın torpağı olan Dağlıq Qarabağ və digər 7 rayon 20 ildən artıqdır ki, işğal edilib. Hər şey dağıdılıb, biz etnik təmizlənməyə məruz qalmışıq, bütün azərbaycanlılar o ərazilərdən qovulub, torpaqlarımızın təxminən 20 faizi işğal altındadır, bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib".
O qeyd edib ki, "indi biz bir çox Avropa ölkələrində miqrantlarla bağlı böyük narahatlığın şahidi oluruq. Siz təsəvvür edə bilərsinizmi ki, müstəqilliyimizin ilk illərində, biz yoxsul, qeyri-mütəşəkkil olanda, inkişaf üçün heç bir vəsaitimiz olmayanda belə humanitar fəlakətlə üzləşmişdik".
Prezident İlham Əliyev həmin dövrdə sayı 8 milyon olan əhalinin bir milyonunun evsizə çevrildiyini diqqətə çatdırıb və qeyd edib ki, "beynəlxalq təşkilatlar miqrant məsələsi ilə məşğul olur, biz bunu dəstəkləyir və qiymətləndiririk".
"BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin onlara əməl edilmir və əməlolunma mexanizmi yoxdur. Təəssüf ki, Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədiyinə görə Ermənistana sanksiyalar tətbiq olunmur. Biz burada ikili standartlar siyasəti ilə üzləşirik. Çünki bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçirilir. Bizə gəldikdə isə onlar 20 ildən çoxdur kağız üzərində qalır.
Başqa sözlə, münaqişənin Helsinki Yekun Aktı, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tez bir zamanda həlli Cənubi Qafqaz regionunun sabitliyinə, proqnozlaşdırıla bilməsinə və iqtisadi inkişafına xidmət edəcək. Bu ağır yükə baxmayaraq, Azərbaycan uğurlu inkişafa nail oldu. Bu il 25 illiyini qeyd edəcəyimiz müstəqillik onu göstərir ki, biz öz dəyərlərimiz, baxışımız, ənənələrimiz və güclü, müstəqil, suveren dövlət yaratmaqla bağlı planlarımıza əsasən yaşaya bilirik. Bu illər transformasiya – siyasi və iqtisadi transformasiya illəri oldu", - deyə prezident əlavə edib.
Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi