Azərbaycan Silahlı Qüvvələrinin zabitləri NATO tədbirində! – Gürcüstanda

img

06-06-2016 [13:43]


Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, iyunun 6-dan 10-dək Tbilisi şəhərində (Gürcüstan) mobil təlim qrupunun əsas əlaqələndirici zabitləri üçün "NATO-da informasiya və psixoloji əməliyyatlar" mövzusunda, eləcə də Avropa İttifaqının Şərq Tərəfdaşlığı dövlətləri üçün ümumi təhlükəsizlik və müdafiə siyasəti üzrə tanışlıq kursları, Kanzas ştatında (Amerika Birləşmiş Ştatları) "Saber Guardian 2016" təliminə hazırlıq tədbiri, Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) döyüş hazırlığı qiymətləndirmə kursu, iyunun 6-dan 24-dək Kəraçi şəhərində (Pakistan) standart əməliyyat taktikası kursu keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

İyun 6-dan 12-dək Türkiyə Respublikasında Çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir.

Təlimdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri ilə yanaşı, Türkiyə, Bolqarıstan və Gürcüstan hərbçiləri də iştirak edir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA