"Qarabağ"ın futbolçusu bahalı maşını ilə qəza törətdi - FOTOLAR

img

02-06-2016 [10:22]


"Qarabağ"ın futbolçusu Reynaldo Silva vətəni Braziliyada qəzaya düşüb.

Mia.az-ın Report-a istinadən xəbərinə görə, hadisə ötən gün Aqreste ştatında baş verib. 

Doğma şəhərində dincələn hücumçu şəxsi "Chevrolet Camaro" markalı avtomobili ilə hərəkətdə olarkən, motosikli vurub. Nəticədə velosipedin sürücüsünün sol ayağı qırılıb. Əməliyyat olunan şəxsin vəziyyəti sabit qiymətləndirilir. 

Reynaldo hadisədən sonra zərərçəkənə köməklik göstərib və polis gələnədək gözləyib. Onun içkili olmadığı da müəyyənləşib. 

Qeyd edək ki, Reynaldo "Qarabağ"da 2013-cü ilin qışından çıxış edir. 

"Qarabağ"ın məşhur futbolçusu qəza törətdi
"Qarabağ"ın məşhur futbolçusu qəza törətdi



Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA