UEFA Çempionlar Liqasının finalı: “Real”, yoxsa “Atletiko”?

img

28-05-2016 [14:35]


Bu gün Avropanın ən güclü futbol klubunun adı bəlli olacaq. Milanın "San Siro” stadionunda keçiriləcək final oyununda İspaniyanın iki klubu – Madridin "Real” və "Atletiko” komandaları üz-üzə gələcək.

Mütəxəssislər "Kral klubu”nun şanslarını daha yüksək dəyərləndirirlər. Belə ki, "Real” indiyədək bu mötəbər turnirdə 10 dəfə çempionluq sevinci yaşayıb.

Xatırladaq ki, Madrid təmsilçiləri iki il əvvəl də finalda üz-üzə gəlmişdilər. Həmin oyunda uduzan "Atletiko” yəqin ki, bu dəfə məğlubiyyətin əvəzini çıxmağa can atacaq.

Futbol həvəskarlarının maraqla gözlədiyi qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA