"Qalatasaray" "Fənərbaxça"nı devirib, kuboku aldı

img

27-05-2016 [11:00]


Ötən gecə Türkiyə kubokunun final oyununda "Qalatasaray" və "Fənərbaxça" komandaları üz-üzə gəlib.

Türkiyə superliqasında çempionluğu əldən verən "Fənərbaxça" ölkə kubokunu qazanmaqla azarkeşlərini sevindirməyə çalışacaqdı. "Qalatasaray" da qələbə qazanmaqla mövsümü titulla başa vurmaq niyyətində idi. Antalya stadionunda keçirilən oyunun taleyini bir qol həll edib. Lukas Podolskinin 30-cu dəqiqəsində vurduğu qol "Qalatasaray" Türkiyə kubokuna sahib çıxıb. 

Qeyd edək ki, bu, "Qalatasaray"ın tarixi ərzində qazandığı 17-ci kubok olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA