24-05-2016 [20:42]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və "Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "İdman tariximizdə növbəti qızıl mərhələ” layihəsinin açılış mərasimi keçirilib.
Mia.az xəbər verir ki, layihə çərçivəsində ölkəmizi Avropa və dünya çempionatlarında təmsil edən və fəxri kürsünün ən yüksək pillələrinə sahib olaraq bayrağımızı yüksəklərə qaldıran idmançılarımızla gənclərin ilk görüşü baş tutub.
Açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Peşəkar boks üzrə dünya çempionu Fariz Məmmədov, Kung Fu idman növü üzrə dəfələrlə Dünya və Avropa çempionu, məşqçi Ramin Allahverdiyev, Karate idman növü üzrə Avropa və Dünya çempionu Niyazi Əliyev, Jiu- Jitsu idman növü üzrə Dünya çempionu, "Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov və bir sıra media nümayəndələri iştirak edib.
Mərasimi "Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyinin sədri Ağamir Ağamirov giriş sözü ilə açaraq layihə haqqında məlumat verib və onun həyata keçirilməsində dəstəyi olan qurumlara öz minnətdarlığını bildirib.
Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər və idman siyasəti haqqında çıxış edərək, bu gün ölkəmizdə idmanın inkişafı üçün yaradılan geniş imkanlardan danışıb, bu kimi layihələrin gənclər üçün əhəmiyyətini vurğurlayaraq orta təhsil müəssisələrində də keçirilməsinin zəruriliyini qeyd edib.
Daha sonra boks üzrə dünya çempionu Fariz Məmmədov çıxış edərək özünün cızdığı uğurlu idman yolunda əldə etdiyi təcrübəsini gənclərlə bölüşüb, keçirdiyi döyüşlər zamanı yaranan bir sıra maraqlı anlardan və erməni idmançısı üzərində qazandığı qələbədən danışaraq ölkəmizi təmsil etməkdən qürur duyduğunu bildirib.
Çıxış edən Kung Fu idman növü üzrə dəfələrlə Dünya və Avropa çempionu, məşqçi Ramin Allahverdiyev bu kimi görüşlərin keçirilməsi ilə gənclərin idmana olan marağının daha da artacaqını qeyd edib, bundan əlavə özünün və tələbələrinin beynəlxalq turnirlərdə iştiraklarından və qazandıqları uğurlardan danışıb və ölkəmizdə idmançılara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlığını bildirib.
Karate idman növü üzrə Avropa və Dünya çempionu Niyazi Əliyev və Jui jitse idman növü üzrə Dünya çempionu, "Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov idmançılara yaradılan əlverişli şəraitdən söz açaraq bu cür imkanlardan gənclərin mümkün qədər yararlanmasının vacibliyini vurğulayıblar.
Sonda idmançılar gəncləri maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, layihənin məqsədi gənclərə idmanın əhəmiyyət və vacibliyinin çatdırılması, onların sağlam həyat tərzinə dəvət edilməsi, ölkəmizdə idman və idmançılara yaradılan geniş imkanlardan gənclərin yararlanması, beynəlxalq idman tədbirlərində ölkəmizi layiqli təmsil etməyin şərəfli bir vəzifə olmasının və bunun həmin tədbirlərə ev sahibliyi edən ölkəmiz üçün önəminin aşılanmasıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi