Qazaxda şəhidlərin təltif olunduğu medallar ailələrinə təqdim edilib –FOTO

img

24-05-2016 [13:58]


Aprelin 2-dən 5-dək təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən canlarından keçən igid oğulların xatirəsi anılıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, 20 yaşlı əsgər Orxan Əliyev, 26 yaşlı baş leytenant Elvin Namazov və 32 yaşlı kapitan Mühid Orucov vətən uğrunda şəhid olublar.

Prezident İlham Əliyevin sərəncamına əsasən, Yuxarı Salahlı kənd sakini Elvin Namazov "Vətən uğrunda", Fərəhli kənd sakini Mühid Orucov "İgidliyə görə", Orxan Əliyev isə "Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif olunub. Qazaxda keçirilən anım tədbirində onların keçdiyi qısa, lakin şərəfli ömür yoluna nəzər salınıb. 

Şəhidlərin medalları ailələrinə təqdim edilib.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA