"Mançester Yunayted"də məşqçi dəyişikliyi - Mourinyo gəlir

img

23-05-2016 [17:03]


"Mançester Yunayted" baş məşqçisi Lui van Qalla yollarını ayırıb.

Bu səbəbdən "qırmızı şeytanlar"ın hollandiyalı mütəxəssisə 6,5 milyon avro təzminat ödəyəcəyi bildirilir. Van Qalı "Çelsi"nin sabiq çalışdırıcısı Joze Mourinyonun əvəzləyəcəyi gözlənilir.

Britaniya mətbuatının yazdığına görə, Mourinyo "Mançster Yunayted"lə 5 illik müqavilə imzalayacaq və portuqaliyalı mütəxəsiss yeni komandasında ilinə 15 milyon avro qazanacaq(Qol.az).

Qeyd edək ki, 2014-cü ildə "Mançester Yunayted"lə 3 illik müqavilə imzalayan van Qalın komandası ötən mövsüm Premyer Liqada 5-ci olsa da, Federasiya kubokunu qazanıb. Onun komandadan göndərilməsi ilə bağlı xəbərin rəsmən açıqlanacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA