23-05-2016 [15:09]
İyirmi ildən çoxdur ki, kriminal aləmdə "Quli” (gürcü dilindən tərcümədə "Ürək”) ləqəbi ilə məşhur olan əfsanəvi "qanuni oğru” Nadir Səlifov əlçatmaz həbsxana divarlarının arxasında qalaraq, çoxdan intizarında olduğu azadlığa qovuşa bilmir. İyirmi il öncə Quli cinayət törədib.
Həmyaşıdları, özü kimi oğru həqiqəti və ədaləti nəzəriyyəsinə aludə olmuş gənc romantiklərlə birlikdə türməyə düşüb. Sovet folkloru qanuni oğrularla bağlı mahnı da qoşmuşdu: "Onların həyatı romantikdir, fəqət qısadır”.
Yeri gəlmişkən, Quli özü də heç vaxt beynəlxalq kriminal aləmlə əlaqələrinin olduğunu gizlətməyib və uzun illər cinayətkar aləmin krallarından biri kimi tacını qoruyub saxlayıb. Lakin cəmiyyətdə qayda-qanunu tənzimləyən dövlət qanunları və cinayət hüququ külliyyatı bir yana, cinayətkar aləmin həyat fəaliyyətini və qaydalarını müəyyənləşdirən, öz anlayışları olan "obşak” bir yana. Əgər Nadir Səlifov ölkə vətəndaşıdırsa, Azərbaycan qanunları ona da şamil edilməlidir. Başqa sözlə, cəza müddəti başa çatandan sonra qanuni oğrular, digər vətəndaşlar kimi, azadlıq əldə etmək hüququna malikdirlər.
N.Səlifovun ilk məhkumluğu tam ödənilib – o, xüsusilə ağır cinayətlərdə, o cümlədən qətldə, mütəşəkkil cinayətkar qrup yaratmaqda və quldurluqda ittiham olunurdu. Qulini 15 il müddətinə azadlıqdan məhrum etmişdilər. Ona qarşı irəli sürülən ittihamlarla razılaşmış, bu cinayətləri törətdiyini inkar etməmişdi, sonuna qədər də cəzasını çəkmişdi.
Lakin 2005-ci ildə onu başqa bir cinayətdə - həbsxana ərazisində qızları zorlamaqda ittiham etdilər. Bu, əsrimizin bolluqla keçən ilk onilliyinin ən səs-küylü və qalmaqallı əhvalatlarından biri kimi ölkədə ictimai fikri bir-birinə vurmuşdu. Qərara aldılar ki, N.Səlifovu həbsxanadan buraxmasınlar və cinayət hüququnun qisasını, təbii ki, həbsxanada heç kimi zorlamayan məhbusa qarşı yönəltdilər.
Güc strukturlarını N.Səlifovu türmədən buraxmamağa sövq etmiş motivləri bir kənara qoyaq. Bu düşüncələr həddən artıq təzadlı və sirlidir. Cinayət hüququnun formal tərəfinə müraciət edək. Nə qədər qəribə də olsa, məhkəmə hökmünə əsasən, istintaq, sonra isə ağır cinayətlər məhkəməsi məhbusu mütəmadi olaraq həbsxana koloniyasına onun yanına gələn müxtəlif qızları banal olaraq zorlamaqda suçladı. Ya qızlar mazoxist idilər və növbəti zorlanma porsiyasını almaq üçün həbsxanaya məhbusun yanına qayıdırdılar, ya da həbsxana rəhbərliyi legitim fahişəxana sahibi rolunda çıxış edirdi. Hər necə olursa olsun, həbsxana rəhbərliyindən heç kim cəzalandırılmadı. Aydın məsələdir ki, heç bir zorlama olmamışdı. Bu dəfə 16 il müddətinə azadlıqdan məhrum etməklə N.Səlifovu o qədər də uzaq olmayan yerlərdə 2021-ci ilədək saxlamağa qərar verdilər.
Sonra nə olacaq? Azərbaycanda azadlığa çıxmağa ümidini itirmiş N.Səlifov qəfildən aşkar edir ki, onu axı 1995-ci ildə sovet pasportu ilə tutublar. Gələcək kriminal avtoritet isə Gürcüstanda anadan olub, orada da məktəbi bitirib. Ordaca ilk pasportunu alıb, sonradan isə bəxtsiz tale onu Azərbaycana gətirib çıxarıb.
Quli anlayır ki, Bakıda azadlığa çıxmaq ona müyəssər olmayacaq. Yeni cinayət işi sadədən sadə məsələdir. Allah eləməsin, "ideya var!” kəlməsinin səslənməsi kifayətdir ki, yeni ittihamlar, sonra isə istintaq başlasın, məhkəmə isə, adəti üzrə, ilkin istintaqın əleyhinə getməyəcək və qərar çıxaracaq. Və oğru Azərbaycan türməsində daha 15 il keçirməli olacaq. O vaxta isə ömür də sonuna yaxınlaşar. Axı dünyada ölümsüz insan yoxdur?! Küncə sıxışdırılmış Quli anlayır ki. bu oyunda onun son şansı qalır: Gürcüstana ekstradisiyaya nail olmaq və tarixi vətənində azadlığa çıxmaq.
Və 2014-cü ildən başlayaraq, N.Səlifovun müdafiəsi onun Gürcüstana ekstradisiyasında israr edir, digər tərəfdən, rəsmi Tbilisi də onu öz vətəndaşı kimi tanıyıb.

2014-cü ilin dekabr ayının 4-də Gürcüstan Ədliyyə Nazirliyi Nadir Səlifovun Gürcüstanla hüquqi əlaqəsi barədə xüsusi qərarla çıxış edir.

Qərarda deyilir: "Gürcüstan vətəndaşlığı haqqında” Gürcüstanın üzvi qanununa və prezidentin 10 iyun 2014-cü il tarixli 237 saylı "Gürcüstan vətəndaşlarının məsələlərinin təsdiqi və baxılması haqqında” fərmanın müvafiq olaraq, Nadir Səlifovun Gürcüstanla hüquqi əlaqənin yaradılması ilə bağlı 1000409179 saylı 4 dekabr 2014-cü il tarixli ərizəsinə baxılmışdır.
İşə baxış zamanı müəyyən edilib ki, Gürcüstanın "Gürcüstan vətəndaşlığı haqqında” üzvi qanununun 30-cu maddəsinə və agentlikdə aşkarlanmış və təqdim edilmiş sənədlərə əsasən, 28.08.1972-ci il təvəllüdlü Səlifov Nadir Gürcüstan vətəndaşı hesab edilir.
Beləliklə, 2014-cü ildə Gürcüstan rəsmən N.Səlifovun Azərbaycan deyil, Gürcüstan vətəndaşı olduğunu təsdiq edib. Maraqlıdır, bəs bu qərar Azərbaycanın dövlət idarələri tərəfindən necə qarşılanıb? Bizim dövlət idarələrinin Gürcüstan Ədliyyə Nazirliyinin qərarına reaksiyasına hələ qayıdacağıq. Azərbaycanın Dövlət Miqrasiya Xidməti isə Vətəndaşlıq məsələləri üzrə idarənin rəis müavini Cəmil Hüseynovun timsalında təxminən elə Gürcüstan Ədliyyə Nazirliyinin yuxarıda qeyd olunmuş qərarı verdiyi o günlərdə, demək olar ki, gürcü hökuməti ilə eyni vaxtda, 2014-cüilin dekabr ayının 8-də N.Səlifovun vəkilinin sorğusuna cavab verərək, rəsmi məktubda yazır: "Sorğunuza Dövlət Miqrasiya Xidmətində baxılmışdır. Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli "Vətəndaşlıq haqqında” Qanununa müvafiq olaraq müəyyənləşdirilmişdir ki, Nadir Səlifov Azərbaycan Respublikasının vətəndaşı deyil”.

Bax belə, açıq-aşkar, Dövlət Miqrasiya Xidməti Gürcüstan Ədliyyə Nazirliyi ilə razılaşır ki, N.Səlifov Azərbaycan vətəndaşı deyil. Məntiqə görə, hökumətlərarası sazişlərə əsasən, N.Səlifov özünün könüllü arzusu ilə Gürcüstana ekstradisiya olunmalıdır. N.Səlifov isə nəinki arzu edir, səbirsizliklə bunu gözləyir.
2014-cü ildən gürcü tərəfi Azərbaycana bir neçə dəfə müraciət ünvanlayıb ki, bu məhbus ekstradisiya olunsun, ələlxüsus ona görə ki, hər il hökumətlərarası sazişlər çərçivəsində onlarla Gürcüstan vətəndaşı Azərbaycandan ekstradisiya olunur. Bəs Azərbaycan tərəfi Gürcüstan Ədliyyə Nazirliyinin müraciətinə necə reaksiya verir?
Azərbaycan tərəfi uzun müddət Gürcüstan Ədliyyə Nazirliyinin müraciətlərini cavabsız qoyur. Nəhayət, 2016-cı ilin mart ayının 30-da özünün yazılı müraciətində tamamilə əks mövqe bəyan edir: "Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli "Vətəndaşlıq haqqında” Qanununa müvafiq olaraq, Nadir Səlifov Azərbaycan vətəndaşıdır”.

Qəribədir, deyilmi? Azərbaycanın Ədliyyə Nazirliyi Dövlət Miqrasiya Xidmətinə diametral əks mövqe nümayiş etdirir. Necə olsun bəs? Bir idarə N.Səlifovu Gürcüstan vətəndaşı, digəri isə Azərbaycan vətəndaşı hesab edir. Nəyə görə? Bizim dövlət idarələri üçün Quli niyə belə dəyərli olub? Adi cinayətkara münasibətdə belə israrlı münasibətə səbəb nədir? Əgər Quli belə fövqəladə dərəcədə dəyərlidirsə ki, dövlət idarələri onun taleyi uğrunda gərgin mübarizə aparırlar, məhkumluq müddəti niyə uzadılır? Və əgər onu dəmir barmaqlıqlar arxasında saxlayaraq, ölkədən kənara buraxmırlarsa, deməli, hansısa görünməz qüvvə onun azad olunmasından ehtiyat edir? İstənilən halda bu mürəkkəb işdə dərin sualtı daşların mövcudluğundan xəbər verən hüquqi nonsens göz qabağındadır.
Veteninfo.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi