19-05-2016 [11:59]
Dövlət İqtisad Universiteti rektorunun sabiq müşaviri, kafedra müdiri, iqtisad elmləri doktoru, professor Bədirxan Musayev yaxın tarixlə bağlı maraqlı müraciət yayıb.
O, Prezident İlham Əliyevə, Heydər Əliyevin məzarına, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevə, spiker Oktay Əsədova, YAP-ın icra katibi Əli Əhmədova və digər rəsmi qurumların rəhbərlərinə ünvanladığı məktubunda vaxtı ilə mərhum Heydər Əliyevlə, akademik Ramiz Mehdiyevlə görüşlərindən, sabiq nazir Əli Nağıyevin xahişindən, Cəlal Əliyevin onun niyə rektor olmasına qarşı çıxmasından, həmçinin işlədiyi universitetdə baş verən hadisələr, sabiq rektor, hazırda YAP Səbail rayon təşkilatının sədri olan Şəmsəddin Hacıyevin əməllərindən, iki dəfə rektor olmaq şansının üzərindən kimlərin və niyə xətt çəkdiyinə qədər detallara toxunub:
" Hörmətli cənab Prezident!
Bir daha diqqətə çatdırım ki, mən, İqtisad universitetində lobaratlıqdan başlayaraq, bütün vəzifələrdə (rektordan başqa) işləmişəm. 40 ildən çox "İqtisadi kibernetika” kafedrasının müdiri olmuşam. 2011-ci ilin noyabr ayının 4-dək rektorun müşaviri vəzifəsini də paralel olaraq icra etmişəm. Bu səbəblərdən universitetdə baş verən ən xırda proseslərə qədər məlumatlı idim.
Bəli, hazırda YAP-ın Səbail təşkilatına sədrlik edən sabiq rektor, deputat Hacıyev Şəmsəddin məni əsassız, saxta əmrlər, şantajla vəzifələrimdən azad edib. Yaxşı bilirəm ki, onun məni universitetdən uzaqlaşdırmaq və sonradan ömrümün 60 ildən çoxunu həsr etdiyim, saysız kadrlar, onlarla elmlər namizədi, doktoru yetişdirən məni universitetdə buraxmamaq, məhkəmə hakimlərinə rüşvət və mandatın gücüylə təsir edərək, doğma iş yerimə bərpa edilməyimə mane olmaq, həmçinin yuxarı dairələrdəki bəzi çörəyi dizi üstə olanları da yanlış məlumatlandırmasının səbəbləri var.
Ən əvvəl ona görə ki, mən, onun bütün korrupsiya cinayətlərini bilir və bununla bağlı sizə müraciətlər edirdim. Bu isə onun milyardları rahatlıqla mənimsəməsinə mane olurdu. Ona görə də o, ilk növbədə məni sizin gözünüzdən salmaq üçün şantaja əl etdı. O, özünə haqq qazandırmaq üçün Universitetin 70 illik yubileyində vaxtı ilə burada baş verən hadisələrlə bağlı ulu öndər H.Əliyevin tənqidi çıxışındakı bəzi tezislərin guya mənə ünvanlandığını yaymağa başlayıb. Halbuki, Şəmsəddin Hacıyev əla bilir ki, ulu öndər H.Əliyev mənə özü kimi inanırdı. Bunu əksi olsaydı, hətta o, "həqiqətən də nöqsanlar var idi”, "yazılanlarda həqiqət də var idi”, "bu məsələ təlimatçı səviyyəsində burada həll oluna bilərdi” sözlərini deməzdi.
O ki qaldı Heydər Əliyevin həmin çıxışda işlətdiyi bəzi fikirlərə, bu, onun vəzifələrə qoyub getdiyi və ona naxələf çıxanlara həsr edilmişdi. O adamlara ki, onlar Aqambekyana bağlarında ad günü keçirmişdilər, Moskvaya Heydər Əliyevdən anonim məktublar yazırdılar. Elə buna görə idi ki, rəhmətlik akademik Cəlal Əliyevin parlamentdə Şəmsəddin Hacıyevin adını çəkərək, "Ayaz Mütəllibovun skripka çalanı” kimi sərt çıxışını yəqin ki, xatırlayırsınız. Bəli, Heydər Əliyev o zaman məhz Ş.Hacıyev kimi "ingilis küləyi”nə bənzəyənləri tənqid atəşinə tutdu, dik üzlərinə də sözünü dedi...
"Heydər Əliyev məni "Djersinsk” klubunda qəbul etdi...”
Hörmətli cənab Prezident!
Ulu öndər H.Əliyev məni 1966-cı ildən şəxsən tanıyırdı və mənə özü kimi inanırdı. 1966-cı ildə universitetə komsomol və partiya sistemində işləyən gənc Sərvər Aslanov rektor təyin olundu. S.Aslanov isə məni qəbul komissiyasının məsul katibi təyin etdi. O zaman S.Aslanov təcrübəsizliyi üzündən ortaya bəzi problemlər çıxırdı. Hətta bir neçə hadisə oldu ki, KQB-dən şəxsən Heydər Əliyev müdaxilə elədi. Həmin vaxtı bunları aradan qaldırmaq üçün ulu öndər H.Əliyev məsul katib kimi məni yanına çağırtdırdı və məni MTN-nin binasının qarşısında olan "Djersinsk” klubunda qəbul etdi.

Çox dərin söhbətlərimiz oldu, sonda isə məndən xahiş etdi ki, qəbul prosesində ədalət, qayda-qanun pozulmaması üçün nəzarəti gücləndirim. Həmin görüşün təfərrüatı uzundur, burada toxunmaq istəmirəm. Ancaq əminəm ki, siz bunu bilmirsiniz, mənim, Azərbaycan elminin bədxahı olan Ş.Hacıyev və onun pul gücünə gözügölgəli etdiyi ətrafınızdakı bəzi məmurlar da haqqımda sizə tamami ilə yanlış məlumat veriblər. Məsləhət bilsəniz, məni qəbul edərsiniz, o zaman sizə Heydər Əliyevlə 50 il əvvəlki ilk görüşümüz və bundan bir neçə il sonra onun şəxsən məni üç il dalbadal xaricə səyahətə gedən qruplara rəhbər təyin etməsi, həmçinin 1987-ci ildə Moskvada yüksək səviyyədə qəbul edib, böyük dəstək verməsi haqda tarixi faktları danışaram.
Bütün bunları sadalamağımın xüsusi səbəbi var. Ki, hər zaman özümü Heydər Əliyevin əsgəri saymışam, o da mənə öz qayğısını hər zaman göstərib. Ancaq indi Şəmsəddin kimi rüşvətxorların qarşısında bu dövlətin aciz qaldığını, sizin təyin etdiyiniz bəzi məmurların vəzifələrinə rüşvət gözüylə baxmasını görüdükcə, təəssüflənməyə bilmirəm.
"Moskvada Heydər Əliyevin şəxsi dəstəyi ilə SSRİ Ali Sovetin sədrinin qəbuluna düşüb, sənədləri təqdim etdim”
Cənab prezident, mən, sizə aysberqin görünməyən tərəfləri haqda məlumat vermək istəyirəm.
Ulu öndər H.Əliyev Moskvada baş nazirin müavini olarkən, onun xahişi ilə keçmiş SSRİ Ali Sovetin sədri Qramıko məni qəbul edib.
Nəzərinizə çatdırım ki, o zaman institutun korrupsioner rektoru rüşvətə qarşı mübarizə apardığım üçün məni öldürməyə cəhd edir, hətta evimə qədər izlədirdi. Həmin vaxtı, yəni 1986-cı ildə Respublika rəhbərliyinə 40-dək müraciət yazdım. Ancaq baxmadılar. Çox gizli şəkildə Moskvaya səfər etmək məcburiyyətində qaldım. Həmin səfərdə Heydər Əliyevlə uzun illərdən sonra yenə görüşdüm. Məhz onun köməyi ilə Qramıkonun qəbuluna düşdüm. Həmin qəbulda təqdim etdiyim sənədlərlə tanış olub, araşdırdıqdan sonra Qramıkonu da dəhşət bürüdü. Ali Təhsil Nazirliyi və SSRİ Xalq Nəzarəti Komitəsinin birlikdə yoxlama komissiyasını təşkil etdirib Bakı şəhərinə göndərdilər. Şəxsən MK katibi Kamran Bağırova məktub göndərib, yoxlamaya hər cür şərait yaradılması tələb olundu.
Hörmətli cənab Prezident! O zaman mənim araşdırmam ikinci kurs tələbələrinə həsr olunduğundan, ulu öndər H.Əliyevin göstərişi və xahişi ilə komissiya birinci kursların qəbul imtahanlarını ikinci dəfə keçirmək qərarına gəldi. Yoxlama nəticəsində 1700 nəfər qəbul planından 719 nəfəri 0,5+0,5 misalını həll edə bilmədi. 240 nəfər müəllim attestasiyadan keçə bilmədi. Komissiyanın arayışında mənim və ulu öndər H.Əliyevin qaldırdığı cinayətlər öz əksini taparaq, tərəfindən qəbul olundu.

Komissiya arayışla Mərkəzi Komitənin (MK) məsul işçilərini, Təhsil nazirini və məni tanış etdi. Həmin iclasda "arayışın obyektivliyinə heç kəs şübhə etmir” rəyi verilsə də, Moskvada bunu qəbul etmədi. Yəni dolayısı ilə Heydər Əliyev bunun məqbul olmadığını bildirib, universitetdə bu dəfə Moskvadan 80 nəfərlik ikinci komissiya göndərdilər. Beləliklə, respublika MK –nın 05 may 1987-ci ildə genişləndirilmiş büro iclasındakı müzakirə ləğv olunfu, təkrar yoxlama başladı.
Moskva 80 nəfərdən çox yüksək səviyyəli mütəxəssislərdən təşkil edilmiş komissiya vasitəsilə İqtisad Universitetini 2 ay müddətinə təkrarən yoxladılar. Yoxlamanın nəticəsinə əsasən, İqtisad Universitetinin rəhbərliyi haqda kəskin qərar verildi, universitetin bağlanması haqda isə respublika MK-nə göstəriş verildi. Ki, Leninqrad Maliyyə İqtisad Universitetinin filialına çevrilmək üçün qərar qəbul etsin. Respublika MK-si bununla da öz qəbrini qazmış oldu. Bundan sonra Leninqrad Maliyyə İqtisad Universitetində qəbula nəzarət gücləndirildi, kadr tərkibi təkmilləşdi, yüksək ixtisaslı kadr hazırlanmağa başlandı.
Bununla bağlı 15 iyul 1987-ci ildə "Pravda” qəzetində V.Ryaşin adlı müxbirin imzası ilə "İflasa uğrayanlar” adlı böyük məqalə çap edildi, orada mənim başıma açılan oyunlar, institutda baş verən bütün qanununsuzluqlar çox sərt şəkildə yazılıb.
İndi siz mənə deyin, məgər Heydər Əliyev kimi nəhəng bir şəxsiyyətin, SSRİ kimi nəhəng bir ölkənin rəhbər şəxslərindənn biri olan Ulu Öndərin razılığı və mənə köməyi olmasaydı, bunlar baş verə bilərdimi?
Cənab Prezident!
Keçmiş SSRİ-nin dağılması ilə əlaqədar İqtisad Universiteti bərpa olundu. Ulu öndər H.Əliyev ikinci dəfə hakimiyyətə gəldi. Və...
"Fatma Abdullazadə məni çağırıb dedi ki…”

Bir müddət sonra Prezident Aparatının humanitar siyasətin şöbə müdiri Fatma xanım Abdullazadə mənə çatdırdı ki, Heydər Əliyev sənin rektorluğun üçün platformanı tələb edir( H.Əliyevə göndərdiyim platformanı da bu müraciətimə əlavə edirəm - B.M).
Mən, Heydər Əliyevin tələb etdiyi platformanı qısa zamanda hazırladım və təqdim etdim. Bir müddət sonra Fatma Abdullazadə mənə dedi ki, akademik Ramiz Mehdiyev səni qəbul edəcək. Təyin etdiyi vaxtda onun iş otağında oldum. Hörmətli akademik Ramiz Mehdiyev məni qəbul edib, bildirdi ki, Heydər Əliyev platformamla da tanış olub və çox xoşuna gəlib.
Bu yerdə nəzərinizə çatdırım ki, hazırda dünya təhsil sistemindən Azərbaycanda tətbiq edilən bir çox yenilikləri mən hələ 20-25 il bundan əvvəl platformamda qeyd edib, həyata keçirəcəyimi bəyan eləmişdim. Məhz bu yeniliklər Heydər Əliyevin mənə növbəti dəfə böyük ümid və etimadının yaranmasını gücləndirdi. Həmin platformanı məktubma da, redaksiya da təqdim edirəm, oxusanız, buna bir daha əmin olacaqsınız. Nə isə.
Uzun illər məni tanıyan, həm Bakıda, həm Moskvada məni qəbil edərək, saatlarla söhbət edən mərhum Heydər Əliyev akademik Ramiz Mehdiyevə rektor təyinatımla bağlı tapşırıq verdi. Akademik Ramiz Mehdiyev də məhz buna görə məni növbəti dəfə çağırıb "Heydər Əliyev üç günə kimi rektor təyin etmək haqda əmrini imzalayacaqr. Get, prorektorlarını, komandanı hazırla” dedi.
"Rektor olmaq istəyənlər gecəylə Aqil Əliyevin evinə gediblər”
Və o zaman prorektor olan mən verilən tapşırığa uyğun olaraq universitetə gəldim. Etiraf edirəm ki, bu işi sakit formada həll etməli olduğum halda, 40 il dostluq etdiyim və sonradan mənə dönük çıxaraq Şəmsəddin Hacıyevə vəzifə və karyeraya görə satılan Kamil Qafarova sirr gəldim. O isə dərhal o zaman rektor olmaq üçün ciddi səy göstərən mərhum dekan Rasim müəlimə bunu məlumat verib. Bununla da, qısa zamanda rektor təyinatım iddialı şəxslərin hamısına yetişdi. Rektor əvəzi İslam Qarayev, Rasim müəllim və digər iddialılar həmin vaxtı Heydər Əliyevin qardaşı, mərhum Aqil Əliyevin gecəylə evinə gedir, vəziyyəti danışırlar.
Həmin görüşdə iştirak edənlərdən biri sonradan mənə danışır ki, Aqil Əliyev deyib ki, "iş çox ciddidir, Heydər Əliyev Bədirxan Musayevin rektorluğu üçün qərar verib, bunu mən dəyişdirə bilmərəm. Ona ancaq Cəlal Əliyev təsir edə bilər”.
Beləliklə, Aqil Əliyevin əl-ayağına düşərək, mərhum Cəlal Əliyevə zəng elətdirir, onunla görüşürlər. Bəli, həqiqət ondan ibarətdir ki, məhz Cəlal Əliyevin müdaxiləsi ilə mənim rektor təyinatım həyata keçmədi. Açıq deyir və etiraf edirəm ki, rektor olacağım xəbərini universitetdə Kamil Qafarova deməyimə görə, məni Prezident Aparatında kəskin danlayanlar da oldu”.
Professor deyir ki, bundan sonra o, mərhum akademik Cəlal Əliyevin qəbuluna da düşmək istəyib: "Ancaq bir neçə dəfə bunu istəsəm də, nail ola bilmədim. Ona görə Cəlal Əliyevə məktub yazdım. Orada qeyd elədim ki, keçmişə dayanan xırda bir incikliyə görə mənim yolumu kəsmək, rektor olmaq istəyən digər iddialıların söylədiklərinə diqqət etməkdənsə, görüşək, sizə nə qaranlıq qalırsa, üzbəüz aydınlaşdıra bilərik. Ancaq o, mənimlə görüşmək istəmədi.

Bu yerdə diqqətinizə çatırım ki, Cəlal Əliyevin məndən incik olmasının səbəbi hələ sovet vaxtı Heydər Əliyevin məni üç il dalbadal ozamankı terminlə desək, kapitalist ölkələrinə ezam olunan və Cəlal Əliyevin də daxil olduğu elmi qrupun rəhbəri təyin etdirib, göndərməsi idi. Orada isə bütün gücümlə Heydər Əliyevin və Azərbaycanın nüfuzuna xələl gətirə biləcək ən xırda belə nöqsana imkan vermədim. Cəlal Əlievlə həmin səfərlərin birində aramızda xırda bir inciklik yaranmışdı. Və o, aradan uzun illər ötsə də, bunu unutmadı. Məhz buna görə mənim rektor təyinatımı açıq şəkildə əngəllədi. Bu barədə yuxarıda qeyd etdiyim kimi, Heydər Əliyevə qədər məlumatlı olsa da, bunu mənə maneə kimi görmürdülər. Əksi olsaydı, məni nə aparata çağırar, nə sənədlərimi hazırlatdırardılar”.
"Nazir Əli Nağıyev mənə bacısının həyat yoldaşı vasitəsi ilə sifariş göndərdi”
Professor deyir ki, bundan sonra o, rektor iddiasından vaz keçib və günlərin birində mərhum Aqil Əliyevin rektorluğu gündəmə gətirilib:

"Artıq universitetdə öz işimlə, elmi fəaliyyətimlə məşğul olmağa başladım. Açıq şəkildə bir daha rektor olmaq istəmədiyimi bəyan elədim. Aradan bir müddət ötəndən sonra o zaman YAP-ın sədr müavini, eyni zamanda, Əmək və əhalinin sosila müdafiəsi naziri olan Əli Nağıyev bacısının həyat yoldaşı tərəfindən mənə sifariş göndərdi. Universitetimizdə xüsisi şöbənin müdiri olan Əli Nağıyevin bacısının həyat yoldaşı Qadir Zamanov otağıma gəldi, dedi ki, Əli Nağıyev şəxsən xahiş edir ki, ona bir məsələdə dəstək verim. Aydın oldu ki, mənim liderliyim altında Heydər Əliyevə bir müraciət hazırlanması və orada mərhum prezidentin qardaşı Aqil Əliyevin universitetimizə rektor təyin olunmasının kollektivin istəyi ilə vacibliyi nəzərə çatıraq.
Etiraz eləmədim. Hətta mənə problem yaratmasına baxmayaraq, Heydər Əliyevə olan sonsuz rəğbətimə görə müraciəti də özüm hazırlatdırdım, başda da özüm imzaladım. Həmin müraciətin surətini də sizə göndərirəm. Baxın, oxuyun, Şəmsəddin Hacıyev və onun YAP-da, yuxarı dairələrdə bir neçə şəxsi korrupsiya yoluyla topladığı çirkli pulu ilə ələ alıb, barəmdə mənfi rəy yaratmaq cəhdlərinin əksinə olaraq, mənim necə də böyük təfəkkür sahibi, vəzifə, var-dövlət hərisi olmadığımı görəcəksiniz. Bəli, Heydər Əliyevə Əli Nağıyevin xahişi ilə müraciət edib, universitetin uzun illər başsız qalmasının problem yaratdığını və problemləri həll etməyə Aqil Əliyev kimi alimin aradan qaldırmağa cəsarəti və səylərinin yetəcəyini bildirdik. Xahiş etdik ki, qardaşı Aqil Əliyevi universitetə rektor təyin eləsin. Ancaq Heydər Əliyev bunu da eləmədi. Sanki o, mənim təyinatımın kobud və qalmaqallı formada əngəllənməsindən çox qəzəbli idi. Bunu sonrakı prosesləri təhlil edən zaman da gördüm”.
"Əli Abbasov Heydər Əliyevin adı ilə mənə vəzifə təkllif etdi!”
B.Musayev yazır ki, bundan sonra o, aspirantları, elmi işləri ilə məşğul olub:

"Hətta bir neçə dəfə prorektorluqdan da getmək istədim. Bu yerdə diqqətinizə çatdırım ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə mən prorektor da deyildim.
Müraciətimin əvvəlində dediyim kimi, Heydər Əliyev məni şəxsən tanıdığı üçün hakimiyyətə qayıdışından sonra universitetdə ilk mənimlə maraqlandı. Və məhz onun tapşırığı ilə prorektor təyin edildim. Bu, onun mənə sonsuz etimadını göstərən faktor idi. Hələ prorektor təyin edilərkən, mənə "rektor olmağa hazırlaş” təlimatı da verildi. Ancaq dediyim kimi, buna mane oldular. Nəhayət, 2000-ci ildə akademik Əli Abbasov rektor oldu. Həmin il universitetin əsasnaməsi dəyişdi, mənim kurasiya etdiyim sahə üzrə prorektor vəzifəsi də ləğv olundu. Xeyli rahatlaşdım ki, artıq sakit formada elmi işlərimlə məşğul olacam. Ancaq qəfil Heydər Əliyevin adıyla universitetə təlimat gəldi. O zamankı rektor Əli Abbasov məni çağırıb şəxsən Heydər Əliyevin adıyla yenidən prorektor vəzifəsi təklif elədi. Razılaşmadım. Dedim ki, 40 ilə yaxın rəhbərlik elədiyim "İqtisadi Kibernetika” kafedrasının imkanlarını genişləndirib, daha sanballı elmi işlərlə məşğul olmaq istəyirəm. Lakin israrlardan sonra kafedra müdirliyi ilə yanaşı, yenidən idarəetmədə vəzifə tutmağa razılıq verdim”.
Deputatın inanılmaz korrupsiyası…
Professor Musayev bildirir ki, zamanla o, çox tarixi məqamlara aydınlıq gətirəcək:

"Hörmətli cənab Prezident! Son 5 ildə Sizə və ətrafınızda pula susayan yüksək vəzifəli məmurlara Şəmsəddin Hacıyevin mənə qarşı əməlləri və yol verdiyi qanunsuzluqlar haqda 340-350 dəfə müraciət etmişəm. Məmurların hər birinə 100 səhifədən çox Ş.Hacıyevin əməllərinin araşdırılması haqda inkar olunmaz sənədlər təqdim etmişəm. 4100 nəfərdən çox respublika ziyalıları tərəfindən Sizə 6 dəfə müraciət olunubdur. 150 dəfədən çox cari mətbuatda Ş.Hacıyevin barəsində tədbir görülməsinə çağırış edən faktoloji məqaləm çap olunub. Ancaq bu ötən 5 ildə mən nəinki Sizin, hətta orta ranqlı məmurların qəbuluna düşə bilmirəm. Belə idarəetmə sistemi olarmı?
Hörmətli Prezident! Ş.Hacıyev Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici köçürmələrdən 80-100 milyon manat, digər mənbələrdən 350-400 milyon manat qazanmışdır. Təmir-tikinti işlərinin lahiyə dəyərinin 40%-i yayındırılıb....
Eyni zamanda, Dərbənd şəhərində universitet vəsaiti hesabına öz adına 0,5 hektar torpaq sahəsini sənədləşdirmiş və 3 dəfə universitetə satmışdır. Universitetdə qeyri-qanuni "İqtisadçı 2005”, "Turan 2009” şirkətləri yaratmış, universitetin kooperativ binasının böyük hissəsini özəlləşdirmiş, Quba rayonunun Nügədi kəndində olan istirahət bağını xarabazarlığa çevirmişdir”.
Arvadın ərinin üzünə durdurulması və ya universitetdə müəmmalı ölüm faktları...
Priofessor daha sonra universitetin baş mühəndisi Şahmurad Qədim oğlu Hüseynovun ölüm faktını, keçmiş dekan Kamil Qafarovun oğlunun qaynını öldürmə səbəbi, Muhasibat fakültəsinin keçmiş dekanı Telman Babayevin başına açılan oyunlar, Şəmsəddin Hacıyevin "Ticarət” kafedrasının əməkdaşı M.Ağamalıyevin üzünə arvadını niyə durdurub, ailəsini dağıtmasını, şəxsən özünü kimin vasitəsiylə öldürülməyə təhrik edilməsini, canını və qanını H. Əliyev yolunda qurban verməyə hazır olan Həsən Allahverdiyevi YAP Universitet şöbəsindən min hiylə ilə azad edib, dissertasiyası və avtoreferatında H.Əliyevi təhqir edən Zəfər Bayramovu onun yerinə gətirməsini, Professor Abrik Hüseynovun ölümünü, Professor Akif Musayevin kafedra müdirliyindən azad edib, universitetdən qovdurmasının, Əlixan Əliyev kimi birinin arxasında niyə gizlənməsi kimi olduqca sensasion iddia və faktlar açıqlayıb.
Bunlarla bağlı araşdırmalarımız davam etdiriləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi